
Bir çox sosial şəbəkə istifadəçiləri çox çirkin bir mənzərənin və təhlükəli tendensiyanın yaranmasına səbəb olublar. Deməli, bəziləri sosial şəbəkələrdə dalaşdıqları dindarları İran haftafası adlandırırlar. İndi görün Azərbaycanda bu məntiqlə nə qədər haftafa mövcuddur. Haftafa nə üçündür, ayaqyolunda arxa yumaq üçün. Bir dindara bundan artıq necə təhqir demək olar?
Dindarları təhqir edib onlara İran haftavası deyənlər də dindarlar tərəfindən sionist tulası adı ilə təltif edilirlər. Çünki belə təfəkkür formalaşıb ki, İran əleyhinə danışan sionistlər üçün tuladan başqa bir şey deyil. Çünki sionistlər qüdrət göstərib yıxa bilmədikləri İranı bu cür yıxmağa çalışırlar.
Bu tərəfdən ifrat türkpərəstlər də İran əleyhinə bütün günü danışırlar. Onlara da Türkiyənin GÖZƏGİRƏNİ deyirlər. Əlbəttə, biz əziz xalqımızdan bu ifadələrə görə üzürxahlıq edirik. Amma, bu sözlər ifadə etdikləri mənaları "mədəni", hamının başa düşdüyü şəkildə ifadə edir. Bu sözləri açıq aşkar yazmaq daha pisdir. Digər tərəfdən vəziyyətin nə qədər acınacaqlı, tendensiyanın nə qədər təhlükəli olduğunu da əziz xalqımıza göstərmək lazımdır.
Bu işdə media işçiləri də günahkardır. Əgər, bir media götürüb yazırsa ki, İrana gedən bakirə qızların bakirəliyini İran mollaları pozur, bunun qarşısını almaq lazımdır. Əziz xalqımızı xəbərdarlıq edirik ki, bu kimi səfeh insanların, öz ana bacısına hörmət qoymayanların dərsini vermək lazımdır. Belə olan halda indi düşünün görün azərbaycanlı kimdir? Haftafa, GÖZƏGİRƏN, tula...
Nəyə görə hansısa azərbaycanlı böyük, qüdrətli ölkələrin haftafası, tulası, siyğəlik arvadı, GÖZƏGİRƏNİ olmalıdır?
İndi bu cümlələri oxuyanlardan kimsə deyə bilər ki, sionist tulası funksiyasını yerinə yetirənlər bu sözü haqq edir. Tulalıq etməsinlər, onlara tula deməyək. Doğru sözdür. Elə bizim də məqsədimiz budur ki, camaata çatdıraq ki, gərək kimlərinsə maşası rolunu oynamayaq.
Bu irad xüsusilə də xəstə "millətçi"lərə aiddir. Çünki onlar bir tərəfdən güya türkün türkdən başqa dostu yoxdur deyir, digər yandan da dindarları iranpərəstlikdə ittiham edib onlara İran haftafası deməkdən çəkinmirlər. Halbuki həmin dindar da böyük ehtimalla elə türkdür. Burdan görürük ki, sən demə türk türkün düşmənidir.
Onu da unutmadan deyək ki, türkçülükdən danışan nə çox insanlar var ki, öldükləri qaldıqları İrandır. Türkün dərdi səni düşündürür? Türkiyə xalqının, ondan qabaq öz ölkəmizdə olan türklərin vəziyyətindən danış. Söhbətə başlayan kimi hamı Təbrizi "işğaldan azad etmək" istəyir. Heç araşdırmağa da ehtiyac olmur, adam özü özünü sionist israil adamı kimi aparır. Açıq aşkar media işlədir, sionist bayrağını profilinə qoyub deyir ki, türk xalqının vəhdəti böyük turanın qurulmasından asılıdır ki, böyük turan da Təbrizin "işğaldan azad olunmasından" keçir. Məlum olur ki, böyük Turanın qurulması böyük İsrail dövlətinin qurulması mənasındadır.