Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2021

Qarabağı Azərbaycan alıbsa Tehranda Azərbaycan qoşunları olmalıdır, Pakistan yox

Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Biz gündə en qədər söz eşidib kar oluruq. Özü də boş boş, mənasız sözlər.

Bu mənasız sözlərdən birini də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Adam çox təzadlı sözlər danışır.

Sosial şəbəkələrin birində götürüb kimlərsə Pakistanın baş naziri İmran Xanın çıxışını azərbaycanca zarafata "tərcümə" edib. Güya İmran Xan bu çıxışında deyib ki, İranda türklərə zülm ediblər. Bundan qabaq Talibanın barəsində də bu cür "tərcümə" edilmişdi. O da öz bəhrəsini verdi. Pantürklər başladılar ki, Taliban İrana 72 saat vaxt verib. İndi də Sərdar Cəlaloğlu görün nə deyir. Saytlar barbar bağırır ki, Sərdar bəy belə deyib: "Amma tam səmimi deyim ki, bu kimi davranışların heç biri mənası yoxdur. Bundan əvvəl Pakistan İrana xəbərdarlıq edib, deyib ki, elə etməyin ki, sərhədlərinizə daxil olaq. İran bizə qarşı hər hansı bir addım atdığı anda Pakistan qoşunları böyük ehtimalla Tehranda olacaq. Odur ki, İran bu cür addımlardan çəkinməlidir. Həm də biz XXI əsrdə yaşayırıq. Belə davranışlarla dövlətləri çəkindirmək mümkün deyil”

Özü də qəribəsi budur ki, Sərdar bəy bu sözləri deməmişdən əvvəl belə deyib: “Əsl həqiqət budur ki, İran Azərbaycanın Ermənistan üzərində qələbəsini qəbul edə bilmir. Ümumən ərazilərimizin işğal altında olması konteksində İrəvan-Tehran münasibətlərinin daima yüksək səviyyədə olması faktiki bizə qarşı təzyiq kimi istifadə olunurdu. Amma Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra İranın əlində artıq arqument qalmır."

Sərdar bəydən İran əleyhinə danışmasını istəyənlər əslində özlərini də elə hörmətli Sərdar bəyi də biyabır ediblər. Çünki əgər, Qarabağı Azərbaycan ordusu alıbsa nə üçün Azərbaycanı "gözü götürməyən" İran Azərbaycana qarşı "çaşanda" İmran Xanın qoşunu Tehrana girməlidir Azərbaycanın mərd oğulları ölüb məgər? Yoxsa Sərdar bəy inanır ki, Qarabağı elə İmran Xan alıb? Niyə görə başqa ölkələrdən mədəd umursunuz?

Bu yerdə "Bizim Cəbiş müəllim" filmindən bir fraqment yada düşür: ala ala çəkilün indi Makedonnan Namiq dava edəcək.

Biz bilirik ki, bizim Sərdar müəllim ziyalıdır, alimdir, elə "Bizim Cəbiş müəllim" kinosunda deyildiyi kimi bəlkə də alimlərin alimidir. Amma, nə yaxşı olardı ki, Sərdar müəllim də Cəbiş müəllim kimi ömrünü elmə, maarifə, şagirdlərin dəftərlərini yoxlamağa həsr edərdi. Sabun bişirmək işi Sərdar bəylik deyil axı. Cəbiş müəllim bir dəfə sabun bişirdi, amma sonralar vicdanı onu rahat buraxmadı. Ömrünü siyasətə də həsr edibsə olsun, amma dürüst siyasət yürütsün. İki üç müsəlman ölkəsinin, qardaşların arasını vurmaq ancaq İsrailə, ABŞ - a sərf edən işdir.


2711 بازدید
در حال ارسال اطلاعات...