Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2021

Cibimizə atılan narkotiklər və İlham Əliyevin böhtanı

İlham Əliyev 700 milyonluq dollar məbləğində Londonda aldığı mülkləri gizlətmək və ölkədə bahalaşma gündəmini dəyişməkdən ötrü indi də İranın 30 ildir ki, Ermənistanla birlikdə başqa ölkələrə narkotika ötürdüyünü iddia edib. Biz Əliyevin boynuna indiyədək yüklədiyi günahları yumaq istəmirik, amma elə İlham Əliyevin çıxışları olan internet saytlarına və yutub kanallarına baxsanız görərsiniz insanlarımız Əliyevin çıxışlarında hallı halda danışdığını deyirlər. İran kimi bir ölkəni isə bu cür çirkin bir işdə ittiham etmək insafsızlıqdır. Xalqları süründürən bu dünyavi hakimiyyətlər indi də İslam ölkəsini bu cür çirkin işdə ittiham edirlər. Amma, xəbərləri yoxdur ki, İranda ələ keçirilən narkotik maddələr bir yerə cəm edilib yandırılır. Bu da efir vasitəsilə camaata göstərilir. Bəs İlham Əliyevin hakim olduğu Azərbaycanda belə bir hünər edən varmı? Biz nə vaxt telekanalizasiyalarımızda Əliyevin polislərinin narkotik maddələri yığıb yandırdıqlarını görmüşük? Heç zaman! Bəs Azərbaycanda narkotik maddələr necə olur? Təbii ki, bunun çox sadə bir cavabı var. Bu maddələr Azərbaycanda Əliyev zülmünü ifşa edən haqq əhlinin cibinə atılır və beləliklə də onları narkotik maddələrlə həbs edirlər. İkincisi, alçaq, şərəfsiz rejim polisi bu maddələri xalqın balalarına sırıyır, cavanları məhv edir, baliqalara, türmələrə bu zibili ötürürlər. Bunu ki, heç kim inkar edə bilməz. Bu hadisələr Əliyevin xaraba qoyduğu ölkədə baş verir. Buna görə də fikirləri özünün talançılığından yayındırmaq üçün bu cür çirkin şər böhtan kompaniyasına başlayıblar. Özü də maraqlıdır ki, Əliyev deyir ki, 30 ildir ki, İran bu işlə məşğuldur. Adam çox sadə məsələnin fərqinə varmır ki, 30 il müddətində bu iş edilibsə sən dünənə qədər İranı tərifləyir, Xudafərini dostluq sərhədi adlandırır, Türkiyənin sionist tulası olan aparıcısının İran əleyhinə propaqandasına da cavab verərkən İrandan əleyhimizə nəsə olmadığını deyirdin. Bəs necə oldu ki, gözlə qaş arasında 30 illik bir dosye qarşına qoyuldu? Sənin hansı sözünə inanaq axı? Nəfəsi yalanla gedib gələn bir insana nəinki İranda və ya MDB ölkələrində, heç Azərbaycanda da inanmırlar axı.

Məlum məsələdir ki, heç zaman müstəqil danışmayan Əliyev bu dəfə də onun 18 ildir hakimiyyəti qəsb etməsinə göz yuman qüvvələrin təsiri ilə danışır.

Azərbaycan xalqı isə ayıq sayıq olmalı və bu kimi sərsəmləmələrə uyub özünün müsəlman qardaşı olan İrana qarşı mənfi fikirdə olmamaldıdır.


275 بازدید
در حال ارسال اطلاعات...