Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2021

Gerizəkalı XXI əsrlilər

(Şeyx Sərdar barədə)

XXI əsrdə də gerizəkalılıq etmək olarmış. Hərdən zarafatca bəzi qardaşlar deyir ki, Azərbaycan bərəkətli torpaqdır, hər cür balqabaq, boranı, xiyar, pomidor yetişdirir. Düz də deyiblər. Bu yaxında kim olduqlarını bilmədiyimiz bəzi məxluqlar ölkənin imanlı ruhanisi kimi tanınan Şeyx Sərdarı Şeyx Nəsrullah kimi qələmə verməyə çalışdılar. Mümkündür, XXI əsrdə Şeyx Sərdarın fotosunu götürüb "Ölülər" filmindəki Şeyx Nəsrullaha yapışdırıb növbəti film də çəkmək olar. Amma, bu quşbeyinlər daha anlamayıb ki, şiə düşmənlərindən hər növ alçaqlığı gözləmək olarsa da ki, şiəni gözdən salmaq üçün başqa metodlara əl atmaq lazım idi. XXI əsrdə sizə kim inanar axı? Bu cür müasir texnikadan istifadə edə bilirsiniz, amma ağlınızdan istifadə edə bilmirsiniz? Bilmirsiniz ki, etdiyiniz şərəfsizlik yapışmaz. Bu işi hansı alçağın etdiyini bilməsək də, o dəqiqdir ki, Azərbaycanda Şeyx Sərdarı ləkələmək istəyən alçaqlar vardır. Bir dəfə həbs edildi, ikinci dəfə də həbsə salındı. Adını vətən xaini qoyublar. Məlumdur ki, qurama ittihamlar bir işə yaramadığı üçün indi də istəyirlər ki, şiə ruhanilərini bu cür gözdən salsınlar.

Gəlin dəlilli sübutlu danışaq, aldanan bəzi dindarlar da bilsin.
Əziz dindar qardaşlar, siz Şeyx Sərdarı indiyədək imanlı insan kimi tanımısız. Bu yəqininizi ucuz bir şəkk (şübhə) ilə sındırıb kişinin haqqına girməyin. Deyə bilərsiniz ki, insan çiy süd əmib, yoldan aza bilər. Düzdür, biz yoldan azmaq məsələsini heç kimdən, heç Şeyx Sərdardan da istisna etmirik. Amma, gözünüzlə görmüsünüzmü? Xeyr. Bu dövrdə bu cür işləri düzüb qoşmaq mümkündür. Sosial şəbəkərdə feyk-şantaj videolar yazsanız, bunun nə qədər nümunəsini görə bilərsiniz. Üstə gəl, şiəyə hürən nə qədər sionist agenti var. Belə işləri düz qoş eləmək çox asandır.

İkincisi, məgər, Şeyx Sərdar bu qədər tədbirsizdir ki, kimisə şantaj eləsin, özü də videoda görünsün? Məgər edə bilməzdi ki, özünün olduğu hissələri kəsib videodan çıxartsın?

Üçüncüsü, deyirlər ki, güya Hacı Sərdar bunu Cəlalı şantaj edib İrana işləməyə məcbur etmək üçün edib. Amma bu barədə bir dənə də kəlmə, işarə, ipucu videoda keçmir. Hardan bu qərara gəlmisiz axı? Dördüncü, məgər sionist tulalarına görə Azərbaycanda şiələr "İran agenti" deyilmi? Zatən sizə görə Şeyx Sərdar başda olmaqla İranda təhsil alan bütün ruhanilər, onların "kruqları" İrana "işləmirmi", könüllü "İran agenti" deyilmi? Könüllü "agenti" kim məcbur edə bilər axı.

Ona görə də bu cür ucuz şoularla heç kimi inandıra bilməzsiniz.
Ölün yerə girin ki, bu cür səviyyəsiz işlər etdiniz, məqsədiniz şiəliyi gözdən salmaq idi amma Şeyx Sərdara məhəbbət, şiəliyə rəğbət bir az daha çox artdı. Nə qazandınız ki, onsuz da heç kim inanmadı.
Buradan fürsəti qənimət bilib bu işi edənlər əgər, hakimiyyət adamlarıdırsa onlara demək istəyirik ki, ümumiyyətlə bu cür işlər etməyin. Baxın heç uzağa getməyək, bir neçə ilə qədər iqtidar tərəfindən bəziləri məqsədli şəkildə müxalifət nümayəndələrini söyüb təhqir edirdilər. Bu tərbiyəsizliyin təməlinin qoyulması iqtidarın öz əleyhinə işlədi. Bu gün həmin rıçakdan istifadə edən nə qədər mühacir var ki, xarici ölkələrdə iqtidar nümayəndələrini təhqir edirlər. Bunumu istəyirdiniz? Allah şahidimiz olsun ki, biz heç kimin təhqir və şantaj olunmasını istəmirik. Amma, bu alçaqlığa rəvac verməyin, şərait yaratmayın, biganə yanaşmayın. Yoxsa bu cür işlərə ölkədə rəvac verilsə sizləri də bu cür saxta videolar ilə rüsvay etmək istəyənlər meydana çıxacaq. Mübarizə aparanda kişi kimi mübarizə aparmaq lazımdır. Biz nəsihət etdik, bizi dinləyin, sonra deməyin ki, demədiniz.


140 بازدید
در حال ارسال اطلاعات...