Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2021

Sionist türkləri, gündəmi necə dəyişək?

Neçə gündür ki, bir millət iki dövlət hesab edilən Türkiyə, Azərbaycan rəsmilərinin İrana səfəri baş tutur. Bundan qabaq Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İrana getdi, orda fars şairinin şeirindən bir parça oxuyub İranı dost-qardaş ölkə adlandırdı. İndilərdə də Azərbaycan Respublikası baş nazirinin müavini İrana səfər edir. Azərbaycan ilə İran arasında yenə də əvvəl olduğu kimi müxtəlif sahələrdə əməkdaşlıqlar davam edir.

Bildiyimiz qədəriylə Azərbaycan ilə İranın arasında bir balaca soyuqluq olan kimi sionist İsrail türkləri yaman sosial şəbəkələrdə qızışmışdılar. Artıq, Tehran dağılır, Pakistan 60 milyonluq ordu göndərir, Ərdoğan İrana qəzəblənib, İsrail dabro verib kimi sərsəm fikirlər sosial şəbəkələrdə gəzirdi. Bir daha deyirik ki, bizim ağıllı başlı, humanist, sülhsevər türklər ilə işimiz yoxdur. Onlar bizim, biz onların qardaşıyıq. Bizim tənqid hədəfi etdiyimiz məxluqlar sionist İsrail türkləridir. Başqa adı ilə sionist tulaları, onlardan tula payı alıb İran-şiə dövlətinə hürən alçaqlar.

Bu günlərdə qeyd etdiyimiz kimi Türkiyə də Azərbaycan da İrana qardaş deyir, arada heç bir narazılıq yoxdur. Amma sionist İsrail türkləri öz missiayalarını lazımınca yerinə yetirmirlər. Mütləq bu gün sabah həm Türkiyədə həm də Azərbaycan ərazisində yaşayan sionist türklərinin tula payı kəsiləcək. Ona görə ki, Türkiyə və Azərbaycan İrana yaxınlaşdığı bir halda bu sionist İsrail türkləri gündəmi dəyişə bilmirlər. Üstəlik, iki gün bundan qabaq Azərbaycanda qazilər və əlillər Prezident Aparatının qarşısına toplaşıb qəbul tələb etdilər. Onlar açıq aşkar deyir ki, biz gedib vuruşanda siz siçan deşiyində gizlənmişdiniz. İndi çıxıb bizə cavab verin.

Artıq Azərbaycanda əhali boğaza yığılıb. Qarabağ mövzusunda ikinci dəfə aldadılan bu insanlar artıq hakimiyyətin onlarla hesablaşmalı olduğunu bildirirlər. Belə olan halda sionist İsrail türkləri necə olur olsun bir gündəm düzəltməlidir.

Məsələn, deyilənə görə sionist baş redaktorlarından olan Elçin Alıoğlu artıq gündəmi müəyyən edib. Nə olsun ki, Türkiyə və Azərbaycan Respublikasının İranla arası yaxşıdır. Məgər bundan başqa mövzu yoxdur? Budur bax Elçin artıq mövzu tapıb. İranda pomidorun bahalaşmasından yazır. Bu elə mövzudur ki, sionist İsrail türkləri bunu əsas götürüb aləmə car çəkəcək ki, bəs qoymayın, İranda 40 milyonluq azərbaycanlı uzun müddətdir qayğanağın üzünə həsrət qalıb. Fars molla rejimi ordakı azərbaycanlıları pomidordan məhrum edib. Hətta, Prezident Aparatının qarşısında etiraz edən qazi və əlillər də bütün işlərini güclərini atıb İrana qarşı kompaniya başladacaqlar.

Azərbaycanda isə bahalaşma, qazi və əlillərin etirazı, hakim ailənin Pandora oğurluğu sionist İsrail türklərinin vecinə deyil. Çünki onlar bu xalqdan deyil, sionist türkləridir.


47 بازدید
در حال ارسال اطلاعات...