Sikr deputatlarından olan Tahir Kərimli şoka düşüb. Deyir ki, intetnetdə sosial şəbəkələrə baxıb görürəm ki, məni söyürlər. Bəli, Kərimlinin dediyi kimi xalq söyür, çünki bu xalq artıq cana yığılıb, heç kimdən çəkinmədən prezidentdən tutmuş ən aşağı rütbəli vəzifəli şəxsə qədər arxayınlıqla söyür. Öz özünə deyir ki, əşşi güya məni tutub nə edəcəklər ki? Söyülən hakimiyyət də deyir ki, bunlar bir nəfər deyil, iki nəfər deyil, minlərlədir. Hansını tutaq ki? Digər tərəfdən də ola bilər ki, onların ünvanına səslənən söyüşlərə razıdırlar. Çünki insana layiq olmadığı sözlər, alçaldıcı təhqirlər deyəndə qəzəblənib etiraz edir. Amma sifət sırtılanda artıq söyülmək adi bir şey olur.
Tahir Kərimli gözəl bilir ki, o, hakimiyyətə yaltaqlandığı, yaltaqlığa görə sirkdə oturduğu üçün söyülür. Zillət vəkili olurlar, xalqa baxmırlar, xalqı əzən alçaq hakimiyyətin GÖZÜNƏ GİRİRLƏR, sonra deyirlər ki, bizi niyə söyürlər?
Onu əslində dediyinə görə İlham Əliyevin haqqında alternativi yoxdur dediyi üçün söyüblər. Bir də deyir ki, 50 min nəfər İlham Əliyevin çağırışı ilə müharibəyə könüllü gedib. Bu məxluq özü yaltaq olduğu, İlham Əliyevin ayağından öpməyə dünəndən hazır olduğu üçün elə bilir ki, camaat da bu cürdür. Güya bilmir ki, camaat vətən üçün gedib. Düzdür, müharibə qurtarandan sonra vəziyyətlərinin düzələcəyinə ümidli olan bu insanlar sonradan bir daha aldadıldılar. Onlar əvvəlcə daxildəki erməniləri, Tahir Kərimli kimi insanları təmizləməli, Azərbaycanı onlardan xilas etməli sonra xaricdəki erməniləri təmizləməli idilər. Tahir Kərimlinin sözündən belə çıxır ki, onun vətən qeyrəti, milli şərəfi yoxdur, müharibə olsa oturub Əliyevin çağırışını gözləyəcəkdi, vətən sağ olsun deyib müharibəyə getməyəcəkdi.
Elə bu yerdə bu insandan soruşmaq lazımdır ki, nəyə görə sən ölkədə İlham Əliyevin alternativinin olmadığını dediyinə görə səni söyürlər. Əgər, bu hakimiyyət sənin dediyin kimi sevilirsə sən söyülməməli idin sevilməli idin. Amma sən faktiki olaraq söyülürsən.
Söyüş adətini isə sənin bu gün təriflədiyin hakimiyyət dəb saldı. Bütün günü müxalifət liderlərini müxtəlif trollar və tulapayı müqabilində söyüş söyən insanlara təhqir elətdirdilər. İndi camaat nəinki hakimiyyəti, ona yaltaqlıq edən Tahir Kərimli kimi insanları da söyürlər.