Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2022

Axar saytı Azərbaycanla İranın arası düzələndən sonra bekar qalmamaq üçün...

Yəqin ki, Sevinc Osmanqızının verilişdən icmali də olsa xəbəriniz var. Açıb ortaya qoydu ki, İran əleyhinə danışan medianı hakimiyyət bilərəkdən qızışdırıbmış, İran əleyhinə hürmək əmri vermişdi. Onsuz da məlumdur ki, Azərbaycanda media heç zaman müstəqil fəaliyyət göstərməyib. Elə bu günlərdə sirkdə bir qanun çıxartdılar və media mənsublarının fəaliyyətini məhdudlaşdırdılar. Bir dəstə media adamı da etiraz olaraq aksiya keçirtdi.

İndilərdə isə Azərbaycan ilə İranın arası düzəlib. 2022-ci illə bağlı danışan İlham Əliyev bir daha bildirdi ki, İranla tərəfdaşıq. Belə olan halda İrana hürən, İsrailin Azərbaycanda təsir agenti olan Axar saytı və onun kimilər bekar qalacaqdı. Heç olmasa bu İsrail türkləri İlham Əliyev İsrail Puası ilə şəkil çəkdirəndə cızma qara edib beş on manat İsrail səfirliyindən tulapayı alırdılar. Həm özlərini İsrailin, İsrail türklərinin yanında hörmətli edirdilər, həm də İlham Əliyevin GÖZÜNƏ GİRMƏYİ bacarırdılar. Əlbəttə, özləri də İranla müharibə etmək istəmirdilər. Qələmləri İran əleyhinə yazır, qəlblərində Allaha yalvarırdılar ki, ilahi bizi İranla düşmən eləmə, yoxsa müharibə başlasa övladlarımız ilə birlikdə siçan deşiyinə girsək belə İranın atdığı raketlər gəlib həmin deşikdə də bizim başımıza düşəcək.

İndi Allah onların dualarını qəbul edib. Müharibə filan olmadı. Şükür Allaha. Digər tərəfdən İsrail türklərinin idarə etdiyi Axar saytı bekar da qalmayıb. Özünə bir yazı mazı tapıb yazır. Məsələn, xəbərə baxın; Axar.az xəbər verir ki, bunu Əfqanıstan müvəqqəti hökumətinin səhiyyə nazirinin müavini Əbdül Bari Ömər deyib.
"Ölkədə 3,5 milyon insan narkomandır. Onların hər biri gündə təxminən 3 dollar dəyərində narkotikdən istifadə edir", - nazir müavini bildirib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, 2020-ci ildə Əfqanıstanda tiryəkin qeyri-qanuni becərilməsi üçün istifadə olunan torpaq sahəsi əvvəlki illə müqayisədə 37% artıb.

Bəh bəh, görün nə yaxşı xəbərdir? Bu mənada ki, Azərbaycanda narkomanların sayını bu xəbər altında yaxşıca gizlətmək olur. Ölkəmizdə narkomaniya geniş surətdə yayılır, gənclər məhv olub gedir, amma İsrail türkləri Əfqanistanda narkomaniyanın faizindən yazır. Niyə görə Azərbaycanda narkomaniya haqqında yazmırlar. Çünki Azərbaycan İran deyil axı. İranda bu mövzuda ən kiçik dezinformasiya əllərinə keçsəydi böyüdüb fil edəcəkdilər ki, bəs qoymayın, İran fars-molla rejimi azərbaycanlıları İranda narkotiklə zəhərləyir. Amma Azərbaycanın məzlum xalqı türk deyil, fars olduğu üçün Axar saytı kimi tulapayı hesabına ayaqda qalan İsrail agentləri olduğu bu haqda heç nə yazmır. Çünki yazsalar təpələrinə hakimiyyətin dəmir yumruğu dəyəcək. İti qovan kimi qovacaqlar. Ona görə susurlar, İsrail türkü olmağa davam edirlər.


2829 بازدید
در حال ارسال اطلاعات...