Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2022

İsrail türklərinin Türkiyəsi və bu türklərə ağalıq edən Rusiya

Xəbərdə deyilir: "Qazaxıstana KTMT-nin “sülhməramlıları” adı altında daxil edilən qoşun, rəsmi məlumata görə, 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçisi, 150-200 Belarus hərbçisi, 200 Tacikistan, 150 qırğız hərbçisi, qalanları rus hərbçisidir; Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb."

Bir müddət bundan qabaq güya Ərdoğan Türkiyəsi, Nazarbayev Qazaxıstanı, Əliyev Azərbaycanı (bu ölkələr hazırda xalqın olmadığı üçün belə yazdıq) və başqa türk dövlətləri bir araya gəlib türkün gücünü, turanın qüdrətini göstərmək istəyirdilər. Azərbaycanda, elə qardaş Türkiyədə də bir para İsrail türkü ortalığa atılıb başladılar ki, ay nə bilim turan qurulur, türkün qüdrəti farsı əzəcək, Təbriz paytaxtdır və s.

Bunların müqabilində bu yazıqların ərsəyə gətirdikləri birlik də demək olar ki, birmənalı qarşılanmadı. Tənqid edib dedilər ki, bu diktatorların bir araya gəlib birlik təsis etmələri başlarına dəysin. Bunlar öz ölkələri üçün nə gün ağlayıblar ki, bütün türk dünyası üçün də nəsə etsinlər. Yazıqları o qədər qoz qabığına saldılar ki, Türkiyədə camaat yağış altında çörək almaq növbəsinə dayandı. Azərbaycanda un da bahalaşdı. Qazaxıstanda qazın qiyməti qalxdı. Qazaxıstanda lap vəziyyət nəzarətdən çıxdı. Maraqlısı odur ki, Qazaxıstan rəhbərliyi öz xalqının (indi adını terrorist qoyursuz, nə qoyursuz qoyun) üstünə qoşun çağırdı. İsrail türkləri İran hakimiyyətini qınadığı kimi görəsən Qazaxıstan rəhbərliyini də qınayırmı?

Qazaxıstana köməyə gələnlərin arasında cəmisi 150 türk - qırğız hərbçisi var. Hardadır fars, rus, erməni - bunlar farsın düşməni? Köməyə də elə bunlar gəlir. Hanı Ərdoğan?

İndi mümkündür kimsə desin ki, onlar Qazaxıstanda xalqı qorumaq üçün yox diktator bir hakimiyyəti müdafiə etmək üçün gəliblər. Yaxşı bəs bu hakimiyyət də turan "quruculuğu" üçün Ərdoğangil ilə bir araya gələndə niyə digər türk dövlətlərinə demirdiz ki, diktator ilə oturub durmasın? Əgər, Qazaxıstana gələnlər türk xalqı yox diktator hakimiyyəti qorumaq üçün gəlirlərsə bəs hardadır Ərdoğan? Niyə xalqı müdafiə etmir? O da rusun, farsın müqabilində Qazaxıstan xalqını qorumaq üçün gəlsin. Bəs deyirdiz Qarabağı türkün qüdrəti aldı.

Biz deyəndə ki, diktatorlar bir araya gəlib turanın qüdrətindən danışırsa bunun özü belə Rusiyanın dabrosu ilə baş verir, inanmırdılar. Tak şto alın turanınızı başımıza çırpın ey İsrail türkləri.
Реклама


2956 بازدید
در حال ارسال اطلاعات...