Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2022

Bəlkə Azərbaycan xalqı daha çox bəsirətlidir?

Qazaxıstandan sonra növbə bizimdir

Oturub-durub deyirlər ki, niyə Azərbaycan xalqı zalım hakimiyyətin müqabilində müqavimət göstərmir? Azərbaycan xalqının isə bu suala cavabı var. O cavab bundan ibarətdir; mən canımı küçədən tapmışam?
Qazaxıstan olayları Azərbaycan xalqının bəsirətli olduğunu bir daha sübut etdi. Fərz edin ki, Azərbaycanda xalq töküldü küçələrə. Sonra? Sonrası məlum. Qazaxıstan prezidenti Tokayev kimi ölkə rəhbərliyi Rusiyanı ölkəyə dəvət edəcək. Çünki rusun kölgəsinə sığınan bu hakimiyyət çağırmasa belə öz əlaltısını əldən vermək istəməyən Rusiya onsuz da Qarabağa, Qazaxıstana və başqa ölkələrə girdiyi kimi Azərbaycana da girəcək. Ən azından hazırkı hakimiyyətin yerinə adam tapıb qoyana qədər belə olacaq. Elə Qazaxıstan da bizdən nümunə götürüb belə bir addım atdı. Qazaxıstanda baş verən yanvar hadisələri bizim yadımıza 20 yanvar hadisələrini salır. Rus qoşunlarını o zaman Azərbaycana dəvət edən Artur Rasizadə kimi insanlar idilər ki, sonralar ata və bala Əliyev hakimiyyətinin baş naziri vəzifəsində çalışdı. Bu da o deməkdir ki, Azərbaycan hakimiyyətinin bu barədə böyük təcrübəsi var.

Xalq onu da gözəl bilir ki, Ərdoğan da Rusiyanın qabağında at oynatmaq üçün ata minsə, sosial şəbəkələrdə olan video kimi at kişnəyib şahə qalxacaq, "sizin başınıza at təpib, rus ayısı ilə kəllə kəlləyə gəlmək olar?" deyib Ərdoğanı çırpacaq yerə. Türk birliyi, nə bilim turan hərəkatı, İsrail türkləri də dillərini qoyacaqlar qarınlarına. Bununla da söhbət bağlandı. Ona görə də Azərbaycan xalqı çox bəsirətli xalqdır. Onsuz da hakimiyyət onu nə qədər sıxsa da dözür. Deyir ki, "ölkə Suriyanın gününə qalmaqdansa" belə yaxşıdır. Aclıq olsun kef olsun.

Amma bir şey də maraqlıdır ki, camaat deyir ki, Rusiya SSRİ qurur. Xala oğlu, bəs nəyi gözləyirsiz? Çıxıb tökülün meydanlara, etiraz edin. Hakimiyyət də öz ağası Rusiyanı köməyə çağırsın. Yaxşı-pis sovet höküməti qurular. Məgər, dədələriniz sovet höküməti zamanı ağ gün görməmişdi. Siz də özünüzü YAP-ın dubinkaları altına verin, doğrasın sizi dubinkalar. Zato övladlarınız atalarınızın yaşadığı dövlətdə yağ-bal içində yaşayacaq (!?) Hə, amma bir şey də var. Vətən. Biz sovet hökümətində nazir olunca vətəndə dilənib gəzməyi vətənpərvərlik hesab edən xalqıq.


1990 بازدید
در حال ارسال اطلاعات...