Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2022

Xalqın gözündə Cavanşir Feyziyev də Rauf Arifoğlu da bir yerdə olmalıdır

Ölkədə təkcə sirkdə oturan Cavanşir Feyziyev yox elə Rauf Arifoğlu da "şirə" dönüb. Amma, cavan "şir" yox qoca "şirdilər." Yaxşı, əgər şir adını bunlara aid etmək istəmirsizsə qoca kaftar deyə bilərik. Kaftar adı bunlara ona görə aiddir ki, bunlar yalaqlıqda böyük təcrübəyə sahibdilər. Düzdür, Arifoğlu cavanlıqda doğrudan da şir olub, zalım hakimiyyətin üzərinə üzündəki qara, bir topa saqqalı ilə çımxıranda hakimiyyət qaçıb gizlənməyə kol axtarırdı. (Mərdi qova qova namərd ediblər.) Cavanşir isə gedib sirkdə otura bilməzdi. Çünki sirk millətin milli məclisi yox YAP-ın obyektidir. Yaltaq, yalaq, GÖZƏGİRƏN hardan tapırlarsa inək kimi sağıb oturdurlar sirkdə. Cavanşir ilə Arifoğlu da çoxdanın yaltaqlıq sahəsində ad çıxartmış kaftarlarıdır. Birinin mandatı, digərinin super ofisi, yazarlarının hər ay qonararı üstə gəl hərdən bir GÖZÜNƏ GİRDİKLƏRİ adamlardan mənzil payları da olur. Bunların haqqında "şir" sözünü də əbəs yerə demədik. Çünki Cavanşir hakim ailənin yanında yalaq çaqqal olsa da ölkədə 18 nəfər jurnalistin üstünə kəkələnib, özünün şir olduğunu eyham vurub. Onlara açıq aşkar deyib ki, əə çaşmayın ha, bu meşənin şiri mənəm. Arifoğlu da hakimiyyətin GÖZÜNƏ GİRƏN olsa da Cavanşiri şir hesab etməyib üstünə nərə çəkib. Qayıdıb ona deyib ki, sən meşə şirinsənsə mən də şirin şiriyəm.

Əslində Cavanşirin Raufun, Raufun da Cavanşirin üzərinə şir kimi nərə çəkməsi ona görədir ki, ikisi də bir birini yaltaq bir kaftar, özünü isə şir hesab edir. İkisi də bir birinin haqqında bu fikirdədir ki, əşşi o kimdiye axı, çaqqalın biridir, yaltaq kaftar.

Bəs xalqın nəzərində Cavanşir kimi sirkdə oturan deputatlar və Arifoğlu kimi zurnalistlər əslində necədilər? Cavab aydındır. Xalqın gözündə bunlar bir yerdə olmalıdır. Bilirəm indi xalqımızdam kimlərsə bu sözləri oxuyub deyəcək ki, ay qardaş, bu iki ziyanlı ünsürü bir araya gətirsən ölkə bir az daha çox bədbəxt olacaq. Biz zatən bir araya gətirmək deyərkən başqa şeyi nəzərdə tuturduq. İndi deyək məlum olsun. Düzdür, Cavanşir Yeni Müsavatda işləyən deyil, Rauf Arifoğlu da hələ ki, lazımi həddə yaltaqlanmadığı və sağılmaq həddinə çatan kök, ətli inək olmadığı üçün gedib sirkdə otura bilmir. Bəs bunlar harda bir yerdə oturmalıdır? Bu sualın cavabını bilmək üçün Ukraynadakı soydaşlarımıza zəng vurub soruşun ki, Cavanşir kimi deputatlarının, Arifoğlu kimi zurnalistlərin yeri hara olmalıdır? Onlar sizə deyəcəklər.


1453 بازدید
در حال ارسال اطلاعات...