Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2022

ABŞ yatanda da yuxuda İran xalqının əzəmətini görür

ABŞ prezidenti Co Bayden Konqresdə çıxış edib deyib ki, Putin Ukraynanı mühasirəyə ala bilər, amma İran xalqının ruhunu qıra bilməz.

Siz elə bilirsiz ki, bu qoca kaftar təsadüfi olaraq bu cür deyib? Xeyr. Düzdür ki, burda dil sürüşməsi baş verib. Amma dil sürüşməsinin də səbəbi var. Səbəbi budur ki, hər dəfə İran xalqı ABŞ-dan təhdid görəndə ABŞ başçılarına "durun sürüşün ala burdan" deyirlər. Ona görə də Co Bayden bu cür deyib. İranın əzəmətli xalqı ABŞ kimi dövlətlərin yuxusuna haram qatan xalqdır. ABŞ başçıları yuxuda da İran xalqının əzəmətindən əziyyət çəkirlər. Harda müqavimət göstərən, təslim olmayan xalq görürlər ağıllarına birinci dərəcədə İran xalqı gəlir.

Axmaq qoca da görür ki, ukraynalılar əlinə silah götürüb müharibə edir, təslim olmur, istəyib bunu təqdir etsin. Amma dil çaşıb düzünü deyib. ABŞ prezidentləri də hər zaman yalan danışan deyil axı, ayda ildə bir dəfə düz də danışdıqları vaxt olmalıdır.

Burdan İranın müvafiq orqanlarına da xəbər vermək lazımdır ki, onlar hər halda ehtiyatı əldən verməsin. Çünki Co Bayden kimi axmaqlar sətiraltı da olsa İran xalqını bəlkə də Ukraynanı dəstəkləməyə çağırır. Mesaj verir ki, siz hər zaman məzlumun yanında olduğunuzu demisiz, indi də Ukrayna xalqı məzlumdur. Buna görə də onlara kömək edin.

Amma qoca Co özünə əziyyət verməsin. Çünki istənilən vicdanlı insan Ukraynada müharibənin olduğunu istəmirsə, məzlumların nicat tapmasını istəyirsə bunu ABŞ-ın məhv olması ilə birlikdə istəyir. ABŞ məhv olsa dünya gün üzü görəcək. ABŞ yaxşı yaşamaq istəyən xalqların qarşısına çıxan böyük şeytandır. Çünki hər kəs gözəl bilir ki, nəinki Ukrayna, hətta uzaq Midiya səhrasında hansısa bir kərtənkələnin burnu hətta qanayarsa bu fitnənin altından da mütləq ABŞ çıxacaq.


2611 بازدید
در حال ارسال اطلاعات...