Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2022

Elşad Miri elə danışır ki, sanki haqq uğrunda 50 il "yatıb" çıxıb

Azərbaycanda bildiyiniz kimi özünü ilahiyyatçı kimi xalqa sırımağa çalışsa da heç bir şəxs tərəfindən ilahiyyatçı kimi tanınmayan, ancaq özü kimi bisavadları aldada bilən Elşad Miri adlı bir məxluq yaşayır. Quranı ağlına uyğun şəkildə izah edir, sünnəni, hədisləri inkar edir, özünün mason olduğunu açıq aşkar deyir. Hətta bir zamanlar Fətullah Gülən və Adnan Oktar kimi xain, rəzil məxluqların əlaltısı belə olmuşdu.
Bu adam bir vaxtlar güya şiə idi. Sonra sünnilərə qoşuldu. Daha sonra Azərbaycanda vəhhabilər bu axmaq məxluq üçün maddi şərait yaratdılar, hər həftə ya hər ay jurnalı çap olunurdu. Bu jurnalı vəhhabilər alır, digərlərinə paylayırdılar. Beləliklə də Elşad Miri özünü bu yolla tuta bildi. Dini jurnal satıb pul qazanan, öz məntiqi ilə desək dindən pul əldə edən bu axmaq indi gəlib yas məclislərini pisləyir, gəlir mənbəyi hesab edir.

Ondan sonra Allah başına elə bir qapaz çəkdi ki, vəhhabilər də onu tərk etdilər.
Hər kəslə düşmən olmasına baxmayaraq şiələrin ən qatı düşməni kimi tanınır. Bütün günü bir qəpiklik savadı olmadığı halda şiə inanclarına, İrana ilişməklə məşğuldur.
İndilərdə siyasətə də girişib. Güya Ukrayna məsələlərinə "şərh bildirərək" deyir ki, müsəlman olmasalar da Ukrayna xalqına dəstək olmalıyıq. Əlbəttə bu cür şarlatanlar israilin dini sahədə tulalığını etdikləri, yəni dindarlara, şiələrə hürdüyü üçün siyasi sahədə yenə israil tulalığını edən Zelenskiyə əlbəttə dəstək verəcək.
Güya indi bu axmaq özünü müsəlman hesab edir, Ukrayna xalqının müsəlman olmadıqlarına baxmayaraq onlara dəstək vermənin dinin əmri olduğunu açıqlayır.

İnsanlıqdan nəsibini almayan bu axmaq sözünün bir yerində belə deyir: "Bu gün Ukraynada nə qədər sivil insanlar, dinc əhali qətlə yetirilir. Çox təəssüf ki, islam alimləri dediyimiz insanlar çıxıb heç bir söz demirlər." Bu cür axmaqlara sual verəsən ki, ay rəzil, sən indiyədək Suriyada, İraqda, Yəməndə qırılanlara görə niyə bir dəfə üfunətli ağzını açıb danışmamısan. Yoxsa Ukrayna xalqı sənə müsəlmanlığı xatırladır. Başqa bir yerdə güya Quranın bu haqda fikrini bildirir: "Müsəlman alimləri rahatlıqla ayağa qalxaraq deməlidirlər ki, islam dinində konkret olaraq deyilir ki, əgər sən hücuma məruz qalırsansa, döyüşməyə icazə verilməlidir." Ay alçaq, bəs İslam dinində konkret olaraq ölkədə zülmə məruz qalanda nə etmək lazımdır barədə heç nə yoxdur? Sən nə vaxt Qurana riayət edib bir dəfə quru sözlə də olsa Azərbaycanda baş verən haqsızlıqlardan danışmısan? Elə danışır, elə pafoslu çıxış edib ilahiyyatçıları, İslam alimlərini susmaqda ittiham edir ki, sanki özü haqq uğrunda 50 zindan görüb.
Sənin İslamdan danışmağa mənəvi haqqınmı var? Sənin kimi saxtakar insanlar ucbatından insanlar zatən dindən qaçırlar.

Təəssüflər olsun ki, bu cür şarlatanların aldatdığı insanlar var ki, bunlardan müsahibə alır, sayta qoyur. Amma bir yandan da yaxşıdır ki, bu cür alçaq məxluqların iç üzü bir az daha çox üzə çıxır.


587 بازدید
در حال ارسال اطلاعات...