Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2022

8 mart və fenimist qadınların "ərimə iş verin" aksiyası

İşsiz-gücsüz adamlar nəinki 8 martı, heç novruz kimi, yeni il kimi ənənəvi bayramları da qeyd etmək istəmirlər. Çünki pul yoxdur, pul olmayanda təbii olaraq nəsə alıb bayram süfrəsi açmaq da olmur. Bazarda çərşənbələrdə, yəni hələ novruz gəlməmiş artıq şəkərburanın, paxlavanın, şorqoğalın içalatı bahalaşmağa başlayır. Qoz fındığın qiyməti kəllə çarxa çıxır. Keçmişdə çərşənbələr də daxil olmaqla novruz bayramında papaq atan uşaqlar artıq papaq atmırlar. Çünki pulsuzluqdan qışın oğlan çağında, martın soyuq günlərində məktəbə də yazıq uşaqlar papaqsız, başıaçıq gedirlər. Papaq yoxdursa onu atmaqdan da danışmağa dəyməz.
Novruzu qeyd etməyən 8 martı da qeyd etmir. Amma bundan narahat olan bir dəstə qadın var ki, onlara bir dəstə oğlan da qoşulub feminizmi güya təbliğ edirlər. Onların məqsədi ölkədə pozğunluğu daha çox yaymaq, milli mənəvi dəyərləri aradan aparmaqdır. Keçən il 8 mart günündə isə təmiz ağını çıxartdılar. Özlərinin "nastayaşi" tərbiyəsiz olduqlarını üzə çıxaracaq şüarlar səsləndirdilər. Bu il "yaxşı oğlan feminist olar" şüarı ilə aksiya keçirtdilər. Biz bu cür tərbiyəsiz zümrəyə əlbəttə baş qoşmuruq. Baş qoşsaydıq biz də deyərdik ki, yaxşı qadın zatən sizin təbliğ etdiyiniz kimi feminist olmaz. Nə isə bütün bunlar bir kənara qalsın, amma o mütləq bilinməlidir ki, bu əxlaqsız zümrə 8 martın unudulmamasından ötrü dəridən qabıqdan çıxmağa çalışsa da bu gedişlə həm özlərini həm də 8 martı daha çox gözdən salırlar.

Bizim qeyd etmək istədiyimiz məsələ budur ki, 8 mart deyilənə görə 1857-ci ildə Amerikada geyim sektorunda çalışan xeyli sayda qadının az maaşla uzun saatlarda çalışmağa etiraz olaraq tətil etməsi kimi qəbul edilir. Amerikada Azərbaycanda da beşbetər polis sistemi olduğu üçün polis aksiyanın uzun sürməsinə icazə verməmiş və nəticədə nümayişi dağıtmışdı.

Əslində bu məlumat doğrudursa belə görünür ki, o etirazçı qadınlar haqlarını tələb etmək istəyiblər. Bir də bizim feminist qadınların şüalarına baxın.

Həm də deyilənə görə 8 mart günü etiraz edən qadınların o vaxt şüarı "çörək və gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. Bakıda etiraz aksiyası keçirən feminist qadınlar gərək "ərimə iş verin", "ərimə çörək verin" kimi şüarlarla etiraz etsinlər. Azərbaycanda məgər kişilər bərabərhüquqlu oldu, qadınlara növbə çatmadı? Məgər Azərbaycanda tekcə nazir, deputat ordusu deyilmi yaxşı yaşayan? Məgər, Azərbaycanda GÖZƏGİRƏNLƏR, əliəyrilər, rüşvətxorlardan başqa insaflı, vicdanlı, dürüst insanlar yaşaya bilirmi, onların hüquqları qorunurmu? Feminist qadınlar birinci dərəcədə bütün kişilərin bərabərhüquqlu olması üçün mübarizə aparsınlar, ərlərinə çörək, iş tələb etsinlər. Bunu etmədikləri halda məlum olur ki, onların qarınlarının ağrısı hüquq müquq deyil. Ola bilər ki, bu cür qadınların heç ərləri filan da yoxdur. Yoxdursa ərli qadınların tərəfindən etiraz etsinlər, işsiz qalan cavanların halına yansınlar. Onda hüquqdan danışan bu zümrənin səmimiyyətinə bəlkə inanmaq olar.


615 بازدید
در حال ارسال اطلاعات...