
Və yaxud Zelenskinin sonrakı ağlı barədə
Ötən il fələstinlilərin başlarına bombalar töküləndə sionist nökəri olan Zelenski özünün tvitter hesabında sionistlərə qahmar çıxıb onları məzlum kimi qələmə vermişdi. Bu cür bir hal Azərbaycan telekanalizasiyalarından olan ANS-də də baş vermişdi. Həmasla sionistlər arasında döyüş gedəndə ANS-in muxbiri Ceyhun Əsgərov sionistlərin evlərini çəkib göstərirdi ki, baxın bunlar fələstinlilərin güllələrindən narahat olaraq evlərini tərk edib gedən dinc yəhudilərdir.
Zelenskiyə isə tanınmışlardan biri yazmışdı ki, ruslar başınıza bombalar yağdıranda görərəm səni.
44 günlük ana vətən müharibəsindən sonra Azərbaycan ilə İran arasında da yüngülvarı narahatlıqlar olmuşdu. Onda da güya Pakistan, Türkiyə, İsrail birləşib Azərbaycana yardım edəcək və nəticədə İran dağıdılacaqdı. Düzdür, təkcə bu xəbər Azərbaycan tərəfindən deyilsəydi o qədər də ciddi qarşılanmazdı. Amma orada Türkiyənin, İsrailin də adı hallandığı üçün güya məsələ ciddiyə minmişdi.
Nəticədə aydın oldu ki, Azərbaycan xalqı oyaq xalqdır, heç zaman belə riskə getməz. İran bunu bilirdi. İranın 40 ildən çoxdur ki, ABŞ kimi bir dövlət sarıdan təcrübəsi var. İran bilir ki, qapan it hürməz. Hürürsə deməli qapan deyil. ABŞ İranı qapmağı bacarmayan, ancaq hürməyi bacaran itlərin siyahısında birinci yerdə gedir. Onların içində ən çox qorxulu və həm də ən çox hürən itdir. O qapmırsa deməli digərlərinin başı üçün deyil. İsrail, Türkiyə kimi dövlətlər də ABŞ-ın ağzına baxan dövlətlərdir. Onlar bilir ki, ABŞ onları dar ayaqda qoyub qaçacaq. Avropa da xainin yekəsidir. Necə ki, həm ABŞ, həm də Avropa indilərdə Ukrayna xalqının qanının tökülməsinə səbəb oldu və olmağa davam edir. Artıq, Zelenski təlxəyi də Avropa və Amerikanın onun arxsından çəkildiklərini anlayıb. Sadəcə məqsəd iki xalqı (ruslarla ukraynalıları) bir birinə qırdırıb Rusiyaya sanksiyalar tətbiq etməklə zəiflətmək idi.
Bu gün bütün dünyanın gözü Ukraynadadır. Avropa ölkələrinin, ABŞ-ın, elə sionistlərin də Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə saysız hesabsız media qurumları var. Bütün dünyaya car çəkirlər ki, Ukrayna xalqına zülm olunur. Amma Yəmən, Fələstin, Suriya, İraq, Əfqanıstan xalqı üçün tükləri də tərpənmir.
Əslində, burda bəlkə də ABŞ-ı Avropanı, xüsusilə avropapərəstləri İran xalqının ahı tutub. Çünki öz müsəlman qardaşının ölməsinə, müsəlman ölkəsi İranın dağılmasına sevinən bədbəxt və saxta müsəlmanlar İranın işğalına, körpələrin ölməsinə sevinirsə vəhşi Qərb, ABŞ, sionistlər təbii ki, çoxdan sevinirdilər. Amma istədiklərinə nail ola bilmədilər. İndi isə həmin saxtakarlar Ukrayna üçün narahat olublar. Harda sionist İsrail türkü, ABŞ-ın, sionistlərin ölkəmizdəki təsir agenti olan media işçiləri, qərbpərəst əxlaqsızlar varsa hamısı məyus olub ki, bəs niyə Rusiya Ukraynanı xaraba qoyur, biz isə heç nə edə bilmirik.
Deməli İrana güya müharibə elan edən Türkiyə, Pakistan, İsrail öz ağlını işə saldı, amma Zelenskinin sonrakı ağlı məsələsi gündəm olaraq qalmaqdadır. Bu zərbi məsəli nahaq yerə müsəlmanın haqqında işlədirlər. Görmürsüz ki, Türkiyə, Pakistan, Azərbaycan necə ağıl işlədib ABŞ, İsrail və NATO-ya inanıb İrana müharibə elan etmədi? Amma Zelenski ağıllı ola bilmədi. İndi Rusiya onun başına vura vura deyir ki, ağıllı ol, burda ağa mənəm.