Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2022

Başsızların başörtüsü problemi

Azərbaycanda təhsil nazirliyi, ümumiyyətlə hicabla müharibə edən bədbəxt məxluqlar görün nə gündədir ki, hər il demək olar ki, hansısa axmağın biri (axmaqlardan çox çox üzür istəyirik) çıxıb deyir ki, məktəblərdə vahid geyim forması olacaq, bura hicab aid deyil. Hər il də düzüb qoşduqları qızların dizə qədər paltar geyinib məktəbə getmələridir. Görün necə axmaq ünsürlərin əlində qalmışıq ki, hər il yeni geyim tərzi çıxartmaq istəyirlər.

Təhsil eksperti Elşən Qafarov adlı axmaq məxluqun fikrinə keçməzdən əvvəl qeyd edək ki, bu adamı axmaq məxluq adlandırırıq çünki xalqı axmaq yerinə qoyub. Əgər, bizim ona axmaq deməyimizi təhqir hesab edirsə canı çıxsın bizi təhqir etməsin. Onu da deyək ki, hər kəs hicabsızlığı müasirlik, normal geyim tərzi hesab edir, hicaba qənim kəsilib o adam öz ana, bacı, arvadını da açıq saçıq görmək və camaata göstərmək istəyən alçaq məxluqun biridir.

İndi isə gələk Elşənin sayıqlamalarına. O belə deyir:
"Baş örtüyü uniformaya daxil deyil. Hicab olmayacaq. Ümumiyyətlə məktəblərdə hicab olmamalıdır. Yeni formalar uşaqların da xoşuna gələcək. Müasir, mədəni geyim formalarıdır. Pandemiya ilə əlaqədar biraz gecikdi. 2022-2023 tədris ilində artıq tətbiq olunacaq".

Birincisi, siz haranın küçüyüsünüz ki, camaatın balası üçün ata-anasının yerinə danışırsız. Gedin öz qızlarınızı, arvadlarınızı necə geyindirirsizsə geyindirin. Hicab olmayacaq, uniformaya daxil deyil demək sizin boş başınız üçün deyil. Sonra deyir ki, ümumiyyətlə məktəblərdə hicab olmamalıdır. Bu hökmü gedib arvadın, bacın, qızın üçün verərsən. Onları hansı geyimdə istəsən məktəbə, iş yerinə apararsan. Daha sonra deyir ki, formalar uşaqların xoşuna gələcək. Bəli, sizin kimi dardüşüncəli insnaların tərbiyə etdikləri uşaqların xoşuna gələ bilər. Amma ağlı başında olan insanlar qızlarını sizin məsləhət gördüyünüz qısa paltarlarla, açıq saçıq bir vəziyyətdə məktəbə yollamazlar. Daha sonra hicabsızlığı müasirlik, mədəni geyim forması hesab edir. Sizin mədəniyyətiniz burdan bilinir ki, açıq saçıqlığa mədəniyyət kimi baxırsız. Mədəniyyətsizin yekəsi siz və sizin ağalarınız olan, bu göstərişləri sizə verən sionistlərdir.

Bütün bunlar əslində hicabla müharibə aparmaqdır. Çünki söhbət uniformadan gedirsə elə bütün uşaqlar üçün bu uniformada hicab da nəzərdə tutulsun. Niyə nəzərdə tutulmur ki? Hicab taxan qızları hicabsızlığa məcbur etmək istəyirsiz hicab taxmayanları hicab taxmağa məcbur edə bilmirsiz? Yox əgər söhbət demokratiyadan gedirsə onda hicablılar üçün də hicablı geyim forması nəzərdə tutulmalıdır.

Bunlar bir yana qalsın. Hörmətsiz, mədəniyyətsiz təhsil eksperti Allahla, dinlə, hicabla müharibə etmək əvəzinə yaxşı olardı ki, məktəblərdə olan rüşvətxorluğun, yığılan pulların qarşısını alsın. Alçaqlar bundan ötrü dilləri qarınlarındadır, növbə hicaba çatanda it kimi ulaşmağa başlayırlar.

Bunlar başsızlığın nəticəsidir. Başlarının boşluğu və ölkənin yiyəsiz olması bunları bu cür qudurmağa sövq edir.


581 بازدید
در حال ارسال اطلاعات...