Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2022

Ay başsız Baş Prokurorluq, Delyagin Moskvadadı da bə

Zakir Qaralovu harda axtaraq?

Dünyada qəribə hadisələr olur. Qulaq gündə bir söz eşitməsə kar olar məsəlini yaxşı deyiblər. Bir xəbər də bu gün eşitdik. Deməli Azərbaycan Baş Prokurorluğu Delyaqini axtarışa verib. Əşşi yox e, bu Delyagin yəqin bilirik ki, Azərbaycan vətəndaşı deyil. Çünki Azərbaycan vətəndaşı olsaydı və iqtidara müxalif adam olsaydı onu axtarışa verməyə ehtiyac yox idi. O saat evinə basqın edər, ya da küçədə naməlum şəxslər mülki geyimdə yazığı oğurlayıb maşına basıb aparardılar. Yox əgər bu adam adi kasıb bir vətəndaş olsaydı yenə axtarışa verilməzdi. Çünki kasıb adamları ölkəmizdə itirib axtaran yoxdur. Bəs kimdir bu Delyagin axı? Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixail Qennadyeviçdir. Deməli sən demə bu adam Moskvdadır. Yeri-yurdu bəllidir. Adam rişxənd edib onu axtaranlara desə ki, ay başınıza dönüm məni niyə qapı-qapı düşüb orda-burda axtarırsız e, mən Moskvadayam da yeri var. Çünki adam doğrudan da Moskvadadır. Azərbaycan Baş Prokurorluğu isə onu deyəsən Şimal Buzlu Okeanda, yaxud uzaq Midiya səhrasında ya da Niaqara şəlaləsinin əvvəlki yerində, yaxud da Nizami metrosunun arxasında axtarır.

Xəbərdə Baş Prokurorluğun Mətbuat xidmətindən belə məlumatın verildiyi işıqlandırılıb: "İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixail Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarış elan edilmişdir. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilmişdir."

Bu siyasət çox səfeh bir şeydir. Azərbaycan hakimiyyəti Rusiyanın bir barmağı ilə oturub-duran bir hakimiyyət olmasına baxmayaraq durub Delyaqinə cinayət işi açıb. Elə ruslar demişkən duxları da çatmayıb ki, Rusiyaya göz ağardıb desinlər ki, Delyagini bizə təhvil ver. Amma özlərini sındırmamaq üçün də durub Delyagini dərədə-dürədə axtarırlar. Güya indi bunlar cəsarətli insanlardır, sadəcə Delyaginin harda olduğunu bilmədikləri üçün onu orda-burda axtarırlar.

Halbuki Azərbaycan Baş Prokurorluğu illərdir başsız qalmış bir xarabadan başqa bir şey deyil. Uzun illərdir bu xarabada xalqın qanına susayan, ölkənin cinayətkar hakimiyyət üzvlərini həbs edə bilməyən, nəinki həbs edə bilməyən üstəlik həmin cinayətkarlardan pay aldığı üçün onların cinayətlərinə öz cinayətlərini də əlavə edən, xalqı incidən bir məxluq başçılıq edirdi. Deməli Delyagini cinayətkar hesab edənlər ölkədə bir nömrəli cinayətkar tərəfindən idarə olundular, sonra həmin cinayətkar rədd olub vəzifədən gedəndə də həbs edilmədi. Çünki onu həbs etmək səlahiyyətinə sahib olan insanlar da onun cinayətlərinə şərik və ən azı onun qədər cinayətlərə əli batmış şəxslərdir. Məhz buna görə də indiyə qədər həbs edilmir. İndi bu cür canilər durub Rusiyada kimisə axtarışa verib haqqında cinayət işi açanda əlbəttə dünyanı buna inandıra bilməyəcəklər.

2020-ci ilə qədər 20 il müddətinə Azərbaycan xalqına xəyanət edən cinayətkar Zakir Qaralovdan böyük cinayətkar tapsanız gedib onun haqqında cinayət işi açıb axtarışa verin. Yerini də bilmirsizsə sizə deyə bilərik ki, Azərbaycanın hansı gözəl, səfalı güşəsində yerləşən xaraba qalmış bağ evində şellənir. Yazıq xalq isə qaragün Qarayev haqqında ancaq Zakir Qaralov həbs edilə bilər, ciddi əsaslar var kimi cümlələr eşitməklə aldadıldı.


618 بازدید
در حال ارسال اطلاعات...