Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2022

Ərdoğanı həftə səkkiz mən doqquz dəvət edənlər Türkiyədən bu cür ibrət alsalardı yaxşı olardı

Deyirəm dünya çox qəribədir. Bizim kimi yüzlərlə, minlərlə insanlar öz vətənində yeməyə çörək tapmır, bahaçılıq, kommunal borclar, işsizlik, korrupsiya, ölkədəki talançılıq bütün xalqı əldən salır. Məmurların dövlətə xəyanət etməsi, xalqın pulunu oğurlayıb xaricdə özlərinə mülklər almaları, ölkədə ailə bisnesləri qurmaları da digər tərəfdən ölkəni pis vəziyyətə salıb. Bu vəziyyətdən dolayı insanlarımız xarici ölkələrə gedirlər. Əlbəttə ki, dincəlməyə, kefə, dəniz qırağına yox, polka, vitrin dalında işləməyə, inşaatda sement qarışdırmağa gedirlər. Yaxud da ən yaxşı halda "urusyet" dedikləri yerə gedib bir parça çörək axtarırlar.
Bunlar bir cür didərgin insanlardır.

Başqa tərəfdən ölkədə haqqı dedikləri, zülmləri ifşa etdikləri, haqzılıqlarla barışmadıqları üçün ölkədən sürgün olunan, mühacir həyatı yaşayan, yaxud da mübarizəsini ölkədə apardığı üçün həbslərə atılan insanlar da mövcuddur. Bu yazıqlar da bir başqa cür vətəndən didərgin, azadlıqdan mərhum olublar.
Bütün bunların paralelində isə adam həftə səkkiz mən doqquz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsini, o gələndə küçələrə hakimiyyətin öz trollarını tökməsini görəndə, küçələrin Ərdoğanın gəlişi münasibətilə təmizlənməsini, camaatın oradan uzaqlaşdırılmasını eşidəndə daha beşbətər özünü ölkəsində qərib hiss edir. Sanki bu vətən Ərdoğanın vətənidir, heç bizim deyil. (Bəlkə də elə doğrudan da belədir!)

Azərbaycan iqtidarı belə etməklə özünü türkçü kimi göstərir. Amma Ərdoğanı həftə səkkiz mən doqquz Azərbaycana dəvət edən zalım hakimiyyət heç olmasa bir iki dəfə Türkiyədə olan demokratiyanı, daha doğrusu söz azadlığını da nümunə kimi götürsün. Misal üçün Türkiyədə ana müxalifət lideri olan CXP sədri Kamal Qılıncdaroğlu Ərdoğanın Azərbaycana gəldiyi kimi həftə səkkiz mən doqquz çıxıb Ərdoğanı atası Qılıncdar kişidən qalan qılıncı ilə elədən beləyə, belədən eləyə asıb kəsir.

Son çıxışında görün Ərdoğan haqqında nə deyir: "Sizin sarı bürokratlar (onların adlarını çəkməyib) qanunsuz sifarişləri yerinə yetirməklə hökuməti komaya saldınız. Eyni zamanda, özünüzü məhv etdiniz. Əvvəldə bir az sonra bəzi şeyləri açıqlayacağam ki, rüsvay etməklə diqqəti korrupsiyaya cəlb etmək deyil. Çünki bunu hamı bilir. Mənim məqsədim bu hakimiyyəti oyatmaqdır. Sənədlər bizim əlimizdədir, bütün hərəkətlərin sübutları vardır. Onlar ört-basdır kimi ABŞ-da vəqf müəssisəsi təsis edirlər. Amerika vətəndaşını da onun başında vəzifəyə gətiriblər. Lakin idarəçilik Ərdoğan ailəsinin əlindədir. Hal-hazırda o müəssisənin adını ifşa etmirəm."

Görəsən Azərbaycan iqtidarı bu cür nümunələr təqdim edə bilərmi? Azərbaycanda bir yazıq müxalifət lideri bu sözləri desəydi özü sabah türklər demişkən pılını pırtını toplayıb dəf olub gedəcəkdi ölkədən. Ərdoğanı tez tez dəvət etmək əvəzinə Türkiyədəki bu vəziyyətdən də ibrət alın.

Biz bundan əvvəl də demişdik ki, Azərbaycanda Türkiyəyə pərəstiş edən insanlar və yerli hakimiyyət Türkiyədəki dinin necə yayılmasından, efirlərdə dini verilişlərin olmasından, bələdiyyyələrin açdıqları iftar süfrətlərindən də ibrət alsınlar. Doğrudan da sekulyar, dünyəvi bir dövlət olsa da bu cür nümunələri bir dünyəvi dövlətdə saymaq müsbət haldır. Söz azadlığı cəhətindən də ölkəmiz Türkiyədən ibrət almalıdır. Amma bizimkilər Türkiyədə bu cür müsbət halları bir qırağa qoyur, gedir ordakı şou verilişlərindən, proqramlardan, barlarda, diskotekalardan, əxlasızlıqlardan ibarət alırlar. Gətirib həmin əxlaqsızlığı ölkəyə idxal edirlər.


269 بازدید
در حال ارسال اطلاعات...