Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2022

Tofiq bəy, arxalandığınız Avropadı da xoşun gəlmir?

Ukraynanın təlxək, tərbiyəsiz, sionist nökəri olan Zelenskisi ölkənin baş nazirindən əxlaqsızların evliliyinin qanuniləşdirilməsi məsələsinə baxmasını istəyib. Profilinə Ukrayna bayrağı qoyan Tofiq Yaqublu isə bu kimi xəbərlər meydana çıxanda özünü korluğa, karlığa vurur. Həmin xəbərin yayıldığı vaxtlarda isə Yaqublu üçün gündəmi dəyişəcək mövzu ortaya çıxıb, həmin Londondakı Azərbaycan səfirliyinə hücum hadisəsi. Yaqublu da sanki gündəmin dəyişməsindən xoş olubmuş kimi götürüb status yazıb. Stat: Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatlanmış radikal şiə dindarları tərəfindən işğal edilməsi çox ciddi hadisədir və dini terrordur.

Əvvəla Yaqublunun diqqətinə çatdırmaq lazımdır ki, dini terror olmur, əksinə terrorçunun dini olmur. İkincisi də cənab Yaqublu bu işdən sui istifadə edib ölkə dindarlarını qaralamaq kimi bir fikri varmış kimi nəzərə çarpır. Bu sizin bəyəndiyiniz, dəyərlərini Azərbaycana gətirmək istədiyiniz Avropadı da, bəyənmədiz? Məhz Britaniya polisinin dişlərini ağardaraq hadisəni izləməsi sizin arxalandığınız dövlətin nə qədər "hüquqi" olduğunu göstərir. Halbuki siz yığılıb gedib həmin ərazilərin kraliçasının taxta çıxdığı günü bayrammış kimi qeyd edirdiz. Hansısa bir radikal dəstə vəhşiliyə yol verirsə bunu bütün şiələrin ayağına yazmaq, şiələri məqam ələ düşmüşkən vurmaq kişilikdən deyil. Yadınıza salın ki, 2003-cü ildə də sizin üzvü olduğunuz Müsavat partiyasının başqanı İsa Qəmbərin qalib olduğunu düşünüb Azadlıq Meydanını tərk etmədiniz. Hətta sındırıb dağıdıb tökmə hadisələri də müşahidə edilmişdi. İndi nə edək, durub haqqını və oğurlanmış səsini sivil qaydada tələb edən hansısa müxalifətçini də radikallıqda ittiham edək?


635 بازدید
در حال ارسال اطلاعات...