Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2022

İqbal niyə bir türkün ölməsinə sevinə bilər?

Sionist İsrail rejiminin ölkəmizdə təsir agenti və sionist türkü olan Zaur Qəriboğlunun verilişinə tez tez gələn başqa bir sionist türkü İqbal Ağazadədir. Partiyasının adı Ümiddir, amma Azərbaycanda bir müxalifət partiya sədrlərindən olduğu halda xalqın ona olan ümidlərini heçə endirib.
Zaur Qəriboğluna İran əleyhinə olan proqram açma ideasının müəllifi də İqbal Ağazadədir.

Özünün sosial şəbəkədə olan səhifəsində yazıb:

İranda ciddi hərəkətlənmə başlayıb. Bu gün səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb. Güman edilən versiya budur ki, İranın dini rəhbəri Xamenei dünyasını dəyişib.
Hakimiyyət içərisində ciddi qarşıdurma var. Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti Güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Güneyli soydaşlarımızı birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıram.

Maraqlı olan iki məsələdir. Birincisi budur ki, görəsən İqbal Ağazadə niyə bir türk əsilli rəhbərin dünyadan getməsini arzu edir və buna sevinir? Məgər Ayətullah Xamenei (Allah onu qorusun) türk deyil? Sən də İrandakı türkləri həmrəyliyə (əslində təxribata) çağırırsan, bəs onların rəhbərinin haqqında niyə təxribat yayıb şadlıq edirsən? Cavab çox sadədir. Çünki sən sionist tulasısan. Bəli bəli, məhz sionist tulası. Çünki Ayətullah Xamenei İranın istənilən türkdilli şəhərinə gedəndə ağsaqqalından tutmuş uşağına qədər həzrətin pişvazına çıxıb qarşılayır, "Azərbaycan oyaqdır, inqilaba dayaqdır" deyirlər. Bu isə sənin və sənin tulalıq etdiyin sionist ağalarının yuxusuna haram qatır. İndi sənə sual: sən İranda Ayətullah Xamenei ağaya rəhbər deyən türkləri sevirsən? Sevirsənsə onların ağasını görəsən niyə sevmirsən? Sevmirsənsə niyə sevmirsən? Axı onlar türkdür. Ona görə sevmirsən ki, onlar sizin kimi sionist nökəri deyillər.

Türkiyə, Rusiya, Gürcüstanın bir hissəsi də türk torpaqlarıdır. Niyə məsələn Tütkiyədəki türkləri bir dəfə qızışdırıb bütöv Azərbaycandan danışmırsan?

İkinci məsələ budur ki, yazıq İqabala Azərbaycanda ümid bəsləyən yoxdur. Partiyasının binasına getsəz bəlkə sizi qarşılamağa özündən başqa heç kimi tapmazsız. Adama Azərbaycanda inam yoxdu, İranda necə inansınlar? İran türklərini elə də pafoslu çıxışlarla birliyə, istiqlala çağırır ki, güya buna qulaq asan var? Bəs niyə ona qulaq asan yoxdur. Çünki saxtakardır. Hakimiyyətin cib müxalifətidir. Sən belə istiqlal dalıycasan elə Azərbaycanda bir iş gör də. Bir müddət hakimiyyətin razılığı ilə deputatxanada oturub bəzilərini tənqid etdi, qoltuqlarının altı şişdi. Elə bildi ki, daha buna İranda da baxan var.

Boş boş şayələr yaymaqdansa xalqın işinə yarayın!


225 بازدید
در حال ارسال اطلاعات...