Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2022

Əşşi İranda İslam İnqilabı yox idi, İqbal Ağazadə Şuşada namaz qılırdı

İqbal Ağazadə sionist türkü olan Zaur Qəriboğlunun İran əleyhinə hürüşmə proqramında İran əleyhinə danışaraq deyib ki, İranda İslam İnqilabı yox idi, hələ İslam Respublikası qurulmamışdı, Azərbaycanda din var idi, şəbih çıxardardılar.

Bu sözlərin müəllifi İqbal Ağazadə deyil. Tez tez belə sözlər eşidirik. Sanki kimlərsə demək istəyir ki, İranda İslam İnqilabı olmayanda biz İslamı çiyinlərimizdə daşıyırdıq. Əlbəttə, gözəl vətənimizdə 1979-cu ildən, yəni İranda İslam İnqilabı olmamışdan qabaq da dindarlar, möminlər, ruhanilər olublar. O vaxtın mömin nəsli İqbalın bu sayıqlamalarını eşidəndə təbii ki, dodaqları qaçar. Çox güman ki, İqbal Ağazadəni küçədə bazarda görsələr deyərlər ki, adam imanını reklam eləməz.

Yaxşı bir məsəl də var, deyirlər ki, Allaha bəndə olanlar bilirlər ki, bəndəçiliyi reklam eləməzlər. Ancaq bəndəçiliyi olmayan İqbal kimi nadürüst insanlar bu cür iman reklamı edərlər.

Bu söz bir daha İqbalın sayəsində öz əksini tapdı.
Deməli, Şuşada gedib namaz qılan bu adamın qıldığı namaz da sosial şəbəkələrdə yayılmışdı. Demirik ki, özü özünü reklam etmək üçün namaz qılıb. Ağıllı adam çünki elə iş görməzdi. Ona görə ki, adamın qıldığı namaz müsəlman namazı deyil idi, "kitayski" bir şey idi. Rükularının, səcdələrinin sayı hesabı bilinməyən namaz. Bəlkə də çaqqal kimi ulayan, İran əleyhinə hürən sionist türklərinin özlərindən yeni çıxardıqları ibadət məhz İqbalın etdiyi ibadət idi.

İki rəkət namaz qıla bilməyən bu insan həyasızcasına durub əsrlərin elmi hövzəsinə, üləmalarına, müctəhidlərinə sahib olan bir ölkə, xalq haqqında deyir ki, onlarda inqilab olmamışdan qabaq bizdə din var idi. Din var idi. İranda da Azərbaycanda da. Amma görünür ki, səndə nəinki 1979-cu ildə, heç indi də din yoxdu. Namaz qıla bilmirsən, bir də durub fars türk söhbəti edirsən. Bilmirsən ki, İslam qardaşlıq dinidir. Fitnəkarlıq haramdır. Bəyənmədiyin, haqqında ölüm şayəsi yaydığın İnqilab Rəhbərinin Təbriz məntəqəsində işlətdiyi bir cümlə var: Fars da türk kimi türk də fars kimi hamı iranlıdır, müsəlmandır, bir-biriynən qardaşdı.

İqbal Ağazadə kimi həyasız insanların isə çarəsi olsa dəyər ki, əşşi İranda İslam İnqilabı yox idi mən Şuşada namaz qılırdım.


676 بازدید
در حال ارسال اطلاعات...