
İranda bir qızın ölməsi ilə bütün gözlər İrana dikildi. Bu qız əlbəttə ki, İran polisi tərəfindən öldürülmədi. Çünki güvənlik kameraları da göstərdi ki, qız insult keçirib dünyadan getdi.
Həmin gündən bütün dünyanın gözü İrana tikildi. Çünki bu gözlər robot gözləri idi. Bu robotlar ABŞ, İsrail istehsalı olan robotlardır, yəni onların "pultu" ABŞ və İsrailim əlindədir.
Həmin günlərdə isə bir iraqlı, hicablı qız - Zeynəb adlı bir qız da işğalçı ABŞ qüvvələri tərəfindən odlu silahla şəhid edilmişdi. Amma kor olan gözlər həmin günlərdə ancaq İrana yönəlmişdi.
Təbii ki, bu ilk ədalətsizlik deyildi. Məsələn, İranda edam cəzasına etiraz edən bəzi nadan kütlə gündüz çağı şiə lideri olan Şəhid Ayətullah Baqir Nimrin boynunun xəncərlə vurularaq edam edilməsinə səs çıxartmadı. Çünki o şəhid İranda yox Səudiyyə Ərəbistanında edam edilmişdi. Həmin Səudiyyə Ərəbistanı ki, ABŞ və İsrailin nökəridir.
İranda baş verən hadisələrin səngiməsinə baxmayaraq telekanalizasiyalarımız dayanmaq bilmir. Hətta İranda iğtişaş törədən fitnəkarlar da meydandan dağılışıb gediblər. Amma telekanalizasiyalar gündəmi canlı saxlamaq, İrana nifrət yaratmaq üçün İranda İnqilaba, İnqilab Rəhbərinə dəstək nümayişi keçirən xalq kütlələrinin aksiyalarını göstərir, belə bir fikir yaradır ki, güya İranda milyonlar dövlətə etiraz edir. Bu axmaqlığı özünə şərəf bilən İTV əməkdaşları təbii ki, sionizmin tulalığını yerinə yetirən insanlardır.
Öz ölkəmizdə olan haqsızlığı qorxusundan işıqlandıra bilməyən bu axmaq zümrə yalan palan da olsa düzüb qoşur ki, bəs İranda camaat etiraz edir.
Bütün bunlar isə əslində İranı günü gündən gücləndirir və haqlı çıxardır. Bütün dünya kor gözlərini açıb görür ki, bu dövləti dizə gətirə bilməyənlər içdən parçalamaq istəyir, ağızları sulana-sulana danışdıqları texnikaları ilə yıxa bilmədikləri İranı, beş-altı dənə bacısının saçını naməhrəmin gözü önündə kəsən biqeyrətlərin, şərəfsizlərin əliylə yıxmağa çalışırlar. Əsil ölüb yerə girilməli məqamdır.