Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2022

Səni elə görməsələr yaxşıdır

Yeni Musavat qəzeti yazır ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimində keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmov da iştirak edib. H.Rəcəbli arıqlamasının səbəbini açıqlayaraq ki, idman edirəm, özümü qoruyuram. Bəziləri də güya yazır ki, Hadı müəllim xəstəliyə tutulub. O isə deyib ki, sadəcə çalışır ki, arıqlasın.

Əslində, Hadı və Hüseynbala Mirələmov kimi insanlar o qədər haram yeyiblər ki, yedikləri onları porsuğa döndərib, indi xalqın malını qaytarmadıqları kimi piylikdən necə qurtulmaq lazımdır haqqında da düşünürlər, amma piydən qurtula bilmirlər. Hətta nəinki düşünürlər, nəsə praktiki olaraq etməyə də çalışırlar. Buna görə də idman edirlər. Amma nə qədər ki, deputat deyillər idman etsələr arıqlaya bilərlər. Çünki deputat olanda havayı yerə basıb xalqın pulunu yeyir, xalq üçün heç nə etmirdilər. Yeyəndən sonra da gedib deputatxanada kəlləni atıb yatırdılar. Amma deputatxanadan çıxıb idman zalında vaxt keçirməklə arıqlamaq olar.

Unutmadan deyək ki, Hüseynbala müəllim arada deputatxanada yatmaqdan başqa da işlər görürdü. Bilirsiz də məlum katibə ilə zarafatlaşma məsələsini nəzərdə tuturam.
Amma daha maraqlı olan Hadı Rəcəblinin bu sözləridir. O deyir ki, gizlənirik, çalışırıq ki, görünməyək. Görünəndə də belə olur.

Bu yerdə kinolarımızın birində rejissor Əsəd müəllimin sözü yada düşür - səni elə görməsələr yaxşıdır. Səni bu yaşdan sonra camaat görüb nə edəcək ki? Sən sağlam, nisbətən cavan vaxtı xalqın lənətini, nifrətini qazanan ünsürsən. Rədd olub ictimaiyyətdən, deputatxanadan getmisiz, xalqın əsəbləri bir az da olsa sakitləşib. Bundan sonra görünüb niyə camaatın ürəyini bulandırasan ki?

Biz bundan qabaq da Hadı kimi insanlara təklif vermişdik ki, onların pul qazanması üçün işləmək, deputatxanada yatmaq lazım deyil. Misal olaraq da Siyavuş Novruzovu qeyd etmişdik. Demişdik ki, Siyavuş kimi ağzına gələni danışan məxluqlar YouTube kanalında özlərinə rəsmi şəxsi kanal açsalar, yarım dəqiqə səfeh səfeh danışsalar minlərlə baxış, layk qazanarlar. YouTube sayəsində pula pul deməzlər. Nə çox yutuberlər var ki, hamısı gəlsə bəlkə maraq dairəsi cəhətdən Soyavuşa çata bilməzlər. Eyni söz Hadı Rəcəbli üçün də keçərli ola bilər.


449 بازدید
در حال ارسال اطلاعات...