Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2022

ABŞ İranla müharibədə gör nəyə ümid bəsləyir?

Sayt yazır: ABŞ administrasiyası İran daxilində “Starlink” sisteminə çıxışı təmin etmək üçün milyarder Elon Mask ilə müzakirələr aparır. Bu barədə CNN məlumat yayıb.

“Ağ Ev İlon Mask ilə İranda "Starlink" internet xidmətinin yaradılması imkanını müzakirə edir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, “Starlink” İranda internetə girişin təhlükəsizliyini təmin edəcək.

Heç də qəribə deyil! ABŞ-ın İranı məhv etmək, öz nökərləri olan və hazırda Amerikada yaşayan pəhləviləri (sonuncu şahın oğlunu) yenidən hakimiyyətə gətirmək istəyi dünəndə, sırağagündə meydana çıxmayıb. Böyük şeytan adlanan ABŞ öz nökəri olan pəhləvilərin ilahi qüdrət sayəsində mömin İran xalqı tərəfindən İrandan qovulan gündən İranı dağıtmaq istəyindədir. Nə qədər çalışsalar da öz nökərkərini halimiyyətdə saxlaya bilmədilər. İranda İslam İnqilabı və Respublikası təzəcə möhkəmləyə başlamışdı ki, Səddam kimi başqa bir nökəri tapıb İran əleyhinə qızışdırdılar. Səddam isə Pəhləvilərə nisbətdə gec də olsa sonradan qəflətdən ayıldı və anladı ki, ABŞ onu ayaqqabı əsgisi kimi silib tullayıb bir qırağa. Daha sonra Səddamın özünü məhv elədilər.

Həmin ABŞ bir vaxtlar dünyanı lərzəyə salan bir dövlət ikən artıq tənəzzülə uğrayıb, Allahın hövl və qüvvəsi ilə də bundan belə məhvə doğru gedir.

Elə İran İslam Respublikasının banisi mərhum İmam Xomeyninin (r) diliylə desək Amerika artıq heç bir qələt edə bilmir. Mərhum İmam (r) bu sözü təqribən 33 il bundan qabaq buyurub. O vaxtan bu günə qədər ABŞ heç bir qələt edə bilmir.

İndilərdə xəbərdə deyildi kimi Amerika İranda son günlər iğtişaş törədən fəsad əhli və fitnəkar bir ovuc insanın ümidinə qalıb, onların nəsə edə bilməsinə ümid bəsləyir. Onlar da inqilabçı xalqın bəlkə heç mində biri də deyil.

ABŞ çalışır ki, internetin imkanlarından daha çox istifadə edib İrandakı iğtişaşçıları idarə edə bilsin. Zatən əvvəl gündən məlum idi ki, uzun illərdir İrana sanksiya tətbiq edən böyük şeytan İran xalqı ilə düşməndir. Dost olsaydı zatən bu qədər vaxtı İrana ziyan vurmazdı. Amma bütün səylərin, sanksiyaların, müharibə hədələrinin heç bir nəticə vermədiyini anlayan ABŞ artıq bu cür işlərə əl atır. İnşallah Allahın izni, köməyi, İmam Zaman ağanın inayəti sayəsində İran xalqı bu döyüşdə də ABŞ - a qalib gələcək və öz ölkəsinə, inqilabına sahib çıxacaq.


3989 بازدید
در حال ارسال اطلاعات...