Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2022

Azərbaycanlı qırılsın, Zəngəzur Türkiyənin olsun - Ərdoğandan dost olar?

Doğrudan da adamın Azərbaycanda türkiyəpərəst insanlara yazığı gəlir. Siyasilər, jurnalistlər, adi adamlar, bir sözlə pantürklər elə düşünürlər ki, Ərdoğan Azərbaycan üçün Ermənistan müqabilində ağ atlı oğlandır. Çox təəssüfləndirici məqamdır.

Əslində türkiyəpərəstlər bir mənada həm də qərbpərəst insanlar olduqları üçün Qarabağ müharibəsinin başlanmasından mümkün qədər Rusiyanın icazə verməsini inkar edib Türkiyəni qabartmağa çalışırlar. Çünki yazıqların başqa çarəsi yoxdur. Amma özləri də bilirlər ki, Rusiyanın müəyyən ərazilərə qədər irəliləmək icazəsi olmasaydı Türkiyə də bir iş görə bilməyəcəkdi. Xam xəyala qapılıb Qarabağ müharibəsinin qəhrəmanı kimi işğalçı Ərdoğanı şişirdirlər. Yazıq azərbaycanlı gedib Zəngəzur uğrunda döyüşlərdə ölür ki, Zəngəzur alınıb Türkiyəyə verilsin.

Bu yazıq adamlar görəsən bir dəfə fikirlərindən keçibmi ki, Ərdoğan bir dəfə Azərbaycanda Arazı ayırdılar kimi sərsəmələr edəndə çıxıb ona desinlər ki, ay Ərdoğan müəllim, niyə uzun illərdir Azərbaycan xalqına qənim kəsilən, xalqı soyub talayan bir hakimiyyəti dəstəkləyirsən? Ağıllı, şüurlu adam Ərdoğan kimi hiyləgər, mənfəətbaz tülkülərə deməlidir ki, sənin köləsi olduğun Amerika üçün nə planların varsa bundan ötrü öz övladlarını qurban ver, daha niyə gəlib Azərbaycan balalarını Zəngəzurda qırğına verirsən?

İndi də Ərdoğanın Şuşada konsulluq açmaq istəməsini gündəm ediblər. Adam mümkün qədər Azərbaycanda axmaq insanların rəğbətini qazanmaq naminə hər cür tülkülük etməyə hazır bir insandır. Ölkəmizdə nadan insanlar da nə qədər istəsən mövcuddur. Onlar elə düşünürlər ki, Ərdoğan doğrudan da Azərbaycan üçün bir xilaskardır. Amma onun bütün fikri zikri Azərbaycanı Suriyanın gününə döndərməkdir. Allah şahiddir ki, beynəlxalq imperializmə xidmət edən Ərdoğan regionda öz ağalarının planlarını icra etməyə çalışır. Bu yolda da Azərbaycanı oda çəkməyə çalışırlar.

Azərbaycan xalqı oyaq olmalıdır, Qarabağ müharibəsində göstərdiyi mərdliyi Ərdoğanın hiylələrinin gerçəkləşməsi üçün sərf etməməlidir. Anlamalıdılar ki, Ərdoğandan Azərbaycan xalqına dost olmaz. Elə türklərin bir ata sözündə deyildiyi kimi tülküdən dost olmaz, post olar.


395 بازدید
در حال ارسال اطلاعات...