Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2022

Qeyrətsizin qeyrətə gəlməsi...

"Heydər" məscidində camaat namazına imamlıq edən Rüfət Qarayev adlı bir insan var. Zahirən imamlıq etdiyi məscidə gələn insanlardan savayı adamı tanıyan yox idi. Amma tanınmağın üslublarını göründüyü qədəriylə yaxşı bilən bu insan İran əleyhinə status yazıb və tanınmağa başlayıb. Əlbəttə bütün işin - gücün içində Rüfət kimi saraya qulluq edən əldəqayırma din xadimlərinin yazdıqlarını oxumağa vaxt olmur. Vaxt olsa həvəs olmur. Amma yazısının əvvəlinə baxanda hər şey aydın olur. Yazının əvvəlini qeyd eləsək, aydın olar. O yazır: "Bəzən susmaq nahaqqa qarşı razılığın əlaməti və bəzən də susmaq güc qarşısında gücsüzlüyün göstəricisi olur. Bəzən də cahilə baş qoşmamaq üçün sususub keçirsən. Amma bəzən insanı əlaqələndirən elə məsələlər də vardır ki, heç bir halda susa bilmirsən. Adda İran İslam Respublikası, qanun kitabı Qurani-Kərim, fətva verənləri Peyğəmbər varisləri, danışdıqları kəlmələr Quran ayələri və hədislər, əməl isə bunların tam muxalifi. Bu yazını bir imam və ya ruhani kimi yazmıram, mövzu vətənimi əlaqələndirdiyi üçün sadəcə sadə bir vətandaş kimi hiss və duyğularımı, fikir və düşüncələrimi sizlərlə bölüşürəm."

Əvvəla niyə onun haqqında əldəqayırma dedik, ona görə ki, adamın dinə yox, saraya xidmət eləməsi məlum məsələdir. Bunlar harda təhsil alıblar ki, durub camaata özlərini din xadimi kimi göstərirlər? Özü də yazır ki, bunu din xadimi və ruhani kimi yazmıram. Güya sizi din xadimi və ruhani kimi qəbul edən var ki? Sadəcə hakimiyyətə sizin kimi əldəqayırma insanlar lazım olanda çiyninizə uğruna canınızı fəda etməyə hazır olduğunuz Türkiyənin pişnamazları kimi bir əba örtüb imam camaat edirlər. Eyniylə tabe olduğunuz QMİ kimi. Necə ki, bir vaxtlar QMİ rus KQB - sinin ələlatıları sayılırdı, sizlər də zalım bir hakimiyyətin ələlatılarından başqa bir şey deyilsiz. Türkiyə Dəyanət Naziri gəlib sizə imamlıq edir, əlini ikiəlli sıxmaqdan əlavə ayağından öpməyə də sıraya dayanarsız. Sizin din xadimi olmadığınız ordan bilinir ki, sizin kimi hakimiyyət adamı olan bir şəxs gəlib sizə imamlıq edir.

QMİ demişkən, Rüfət Qarayev elə QMİ balansında olan Bakı İslam Universiteti məzunudur və orada həm də güya müəllim işləyir. Həmin Universitetin isə tələbələrə diplom verə bilmədiyi üçün işi məhkəmədədir. Sizdən millət necə ibrət alsın? Siz düz əməlli ruhani yetişdirə bilsəydiniz tələbələriniz Suriya, Misir, Liviya kimi ölkələrə oxumağa getməzdi.

Rüfət Qarayevin yazdığına gəlincə, bəli, susmaq nahaqqa qarşı razılığın əlaməti və bəzən də susmaq güc qarşısında gücsüzlüyün göstəricisi olur. Bəzən də dediyin kimi cahilə baş qoşmamaq üçün susub keçirsən. Çoz gözəl. Biz də deyirik ki, qeyrətsizin qeyrətə gəlməsi pis olur. Rüfət Qarayevin ailə qeyrəti nəzərdə tutulmur, sırf vətən və din qeyrəti nəzərdə tutulur. Görəsən cümə namazı qılarkən türklərin minbərləri kimi düzəltdiyiniz minbərin yuxarı başına çıxanda qeyrətə gəlib Azərbaycanda olan haqsızlıqlar haqqında danışmaq nə vaxt yadınıza düşəcək? Hamı bilir ki, İranın Ermənistan ilə əlaqəsi sırf ticari-iqtisadi əlaqələrdir. Hər ölkənin başqa ölkədən işi keçə bilər. İran Ermənistandan, Ermənistan İrandan bu haqda kömək ala bilər. Amma sizin kimi vətən qeyrəti olmayanlar nə vaxt nökərçiliyini etdiyiniz hakimiyyəti bir dəfə tənqid edəcək. Nə vaxt din qeyrətiniz cuşa gələcək və sionizmin qırğınlarından danışacaqsız. Məhz sionist İsrail Azərbaycanı qızışdırıb İranın düşməni etmək istəyir, sizin kimi səfeh insanlardan da yaxşıca istifadə edir. Sizin qeyrətiniz varsa əlini sıxdığınız Dəyanət nazirinə deyin ki, Ərdoğanın nə planları var gedib öz ölkəsindəki əsgərləri qırağına versin.

Yuxarıda Rüfət Qarayevin susmaqla bağlı təqdim etdiyi bir neçə versiyaya biz də əlavə edək. Əlavəmiz budur ki, bəzən susmaq yaltaqlıq ucbatından da olur. Bir də Rüfət Qarayevdən soruşuruq ki, yaxşı bəs sənin zalım hakimiyyət, sionist İsrail qabağında susmağın yuxarıda qeyd etdiyin hansı səbəblədir, bu barədə də növbəti cümə xütbəsində danışsan yaxşı olardı.

Rüfət Qarayevin statusuna özü ağılda olanlar utanmadan mədh də yazırlar. Çünki yalançının şahidi yanında olar deyiblər.


386 بازدید
در حال ارسال اطلاعات...