Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2022

Cəlal Əliyev peçat vurub, biz nə deyək?

Adının qabağında mir olmasına baxmayın, özü xalis Yeziddir. Söhbət Mirşahindən gedir. İmam Hüseyni (ə), hüseynçi bir xalqı təhqir edən şərəfsiz, alçaq məxluq. Əlbəttə, bu adam Quranın təbirincə desək dördayaqlıdan da aşağıdır. Çünki yaltaqlıqdan başqa heç nə aşılamayan kanalında dini dəyərlərimizi təhqir edir. Bu alçaq məxluq şərəfli nəsildən, seyyidlər ocağından çıxsa da öz cəddini, yəni babası İmam Hüseyni (ə) təhqir etməkdən belə çəkinmir.

Efirdə güya İranı tənqid etmək məqsədilə deyir ki, bir əli ilə Paşinyanın əlini, digər əliylə Həzrət Abbasın əlini tuturlar.

Nəinki İranda Paşinyanın əlini tutan siyasilər, hətta Paşinyanın özü belə səndən şərəfli insandır. Çünki onlar çıxıb xristian olsalar da sənin kimi müsəlmanların dini inanclarını, dini rəhbərlərini, imamlarını (Allahın salamı olsun onlara) təhqir etmirlər. Yox əgər illərlə ermənilərin məscidlərdə donuz saxladığını gətirib ermənilərin dini, məscidi təhqir etdikərini qeyd edəcəksinizsə bilin ki, sizlər həmin məscidlərdəki donuzlardan da aşağı məxluqlarsız.

İndi sən güya Paşinyanı pis insan hesab edib onunla əməkdaşlıq edən İran böyüklərinə söz atırsan? Ay alçaq, anlamırsan ki, Paşinyan bu mənada səndən daha şərəfli insandır?

Bəli, Mirşahin kimi insanlara ağsaqqal sözü, Facebook statusları kifayət edən deyil. Bu cür adamları ancaq məhkəməyə vermək lazımdır ki, bir də başından böyük qələt eləməsin. Bu cür adamlara Yunislərin silahından çıxan güllə də heyifdir.

Xalqının 80 faizdən çoxu şiə bir ölkədə şiə imamları təhqir edilirsə və ondan da pisi - bu təhqirə ciddi cavab verilmirsə deməli ölkədə doğrudan da vəziyyət çox pisdir.

Üzümüzü səsimizi eşidən hər kəsə tutub deyirik ki, bu cür insanların haqqında ciddi tədbir görmək lazımdır. Fazil kimi alçaq məxluqların haqqında lazımi tədbir görülmədiyi üçün Mirşahin kimi alçaq məxluqlar meydana çıxır. Bunun haqqında tədbir görülməsə bundan betərləri çıxacaq.

Bunlar əbəs işlər deyil, bəlkə də ölkədə şiə əleyhinə başladılan kompaniyanın ilk işartılarıdır.
Mirşahin vasitəsilə xalqın imanını, şiəliyə, imama bağlılığını görmək istəyirlər. Xalq bir reaksiya verməsə şiələri bundan betər günə qoyacaqlar.

Bir müddət əvvəl özünü Azərbaycana dost kimi göstərməyə çalışan tülkü Ərdoğanın Dəyanət naziri ölkəmizə səfər edib gedib, ardından şiə ölkəsində İmam Hüseyn (ə), Həzrət Abbas (ə) təhqir edilir. Bunlar ciddi mesajlardır.

Düzdür, şiələr qeyzlənib bu alçaq məxluqu təhqir edirlər. Amma, təhqir barəsində bu məxluqa biz nə deyək ki, Cəlal Əliyev vaxtilə onun peçatını vurub. Görünür Mirşahin haqqında Cəlal Əliyevin sözlərindən daha təsirli söz tapmaq olmur deyə hamı Cəlal Əliyevə bu mənada rəhmət arzu edir.

Unutmadan gecə gündüz Azərbaycanda din - dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu aləmə car çəkən bəzi ilahiyyatçılara xatırlatma edək. Onlar da çıxıb buna cavab versinlər. Bütün günü müsəlmanların digər dinlərin nümayəndələri ilə tolerant yaşadıqlarını aləmə car çəkirsiz. Xristianlar, yəhudilər bir kənara qalsın, biz əgər imamlarımızı təhqir edən alçaq məxluqların cavabını verə bilmiriksə bizim müsəlmançılığımız da, tolerantlığımız da, dövlətimiz də dövlətin din dövlət münasibətləri də yerin dibinə batsın.

Dövlətin müvafiq orqanları ölkədə ehtimal verilən dini zəmində qırğınların baş verməsi məsələsinə həssas yanaşmalıdır. Kimlərsə bu qırğınlarda maraqlıdır. Unutmayaq ki, Azərbaycanda rəsmi din İslam, müsəlmanların çoxu şiədir. Üstəlik, İmam Hüseyn (ə) təkcə şiələrə aid deyil, bütün müsəlmanların imamıdır.

Hətta Aşura günü məsciddə çıxış edən Heydər Əliyev belə vaxtilə İmam Hüseyn (ə) haqqında möhtərəmanə sözlər deyib. İndi Mirşahin kimi alçaq məxluqun çıxıb təhqir edərək "İmam Hüseynova bacıları" deməsi həm dövlətə, həm dövlətin rəsmi dininə, həm də Heydər Əliyevə təhqirdir.


463 بازدید
در حال ارسال اطلاعات...