Bir vaxtlar Saakaşvili deyəndə ağıla Gürcüstanın ağ günə çıxması, rüşvətdən qurtulması, demokratiyaya qovuşması gəlirdi. Təbii ki, bir də Amerikanın Rusiyanın burnunun dibində öz hakimiyyətini qurması heç kim üçün sirr deyildi. Beləliklə də Rusiya qəzəblənmişdi.
Saakaşvilinin vaxtında Rusiya ilə Gürcüstan arasında müharibə başladı. ABŞ tərəfindən dəstəklənən, qızılgül inqilabı ilə hakimiyyətə gələn Saakaşvili Gürcüstan - Rusiya müharibəsində də ABŞ tərəfindən dəstəkləndi.
Saakaşvili prezident müddətinin bitməsinə yaxın bir dövrdə demokratiya gətirdiyi Gürcüstan xalqı tərəfindən sonradan pis müamilə gördü. Bir oliqarxın Gürcüstanda baş nazir olması vəziyyəti tam olaraq Saakaşvilinin əleyhinə çevirdi. Daha sonra demokrat Ukraynaya gedib orada Odessa qubernatoru vəzifəsinə təyin edildi. Sonda isə Gürcüstana qayıtdı. Hazırda xəstəxanada nəzarət altındadır. Deyilənə görə adamı iynə dərman vasitəsi ilə məhv edirlər. Nə xalq, nə də ABŞ bir qələt edə bilmir. Ancaq səssiz dayanıb müşahidə edir. Ona görə ki, Rusiya əleyhinə Saakaşvilidən istifadə edib istifadə müddəti bitəndən sonra ABŞ onu boşlayıb. İndilərdə Rusiya əleyhinə ikinci Saakaşvili olan Zelenski ilə məşğul olur.
Zelenskinin də vaxtı bitəndə onu da tullayıb yerinə başqasını gətirəcəklər.
Əlbəttə Saakaşvili də ilk deyil idi. O da ikinci Səddam hesab edilə bilər. Çünki Səddam da ABŞ nökəri olan bir insan idi. ABŞ ondan da İran əleyhinə istifadə etdi. Səddam da ikinci Pəhləvi sayılırdı. Beləliklə də ABŞ bir - bir siyasətçilərin axırına çıxır, onların istifadə müddəti başa çatan kimi tarixə gömür.
Böyük şeytandan qurtulmanın çarəsi budur ki, onun üçün layiq olduğu bir son arzulamaq və arzu ilə kifayətlənməyib bu sonu hazırlamaq lazımdır. Amma bu, bir çox müsəlman ölkələrinin başçılarının xəyanəti və Avropa dövlətlərinin Amerikadan qorxması nəticəsində gecikdikcə gecikir.
Amma böyük şeytanın başını gec tez əzmək lazımdır.