Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2023

Akif Çovdarovdan kim niyə qorxur?

Azərbaycanda uzun illərdir diktatura hökm sürür. Diktaturanın hakim kəsildiyi ölkədə heç nə azad olmadığı kimi məhkəmə sistemi də azad deyil. Bütün hakimiyyətlər Azərbaycanda azad deyil. Məsələn, deputatxananın nə həddinə qalıb ki, ölkədə xalqın lehinə bir iş görsün? İti qovan kimi bütün deputatları qovarlar. Və yaxud da icra hakimiyyəti başçıları nə karədir ki, xalqın xeyrinə bir iş görsünlər. Onları da iti qovan kimi qovarlar. Eləcə də məhkəmə hakimiyyəti bu cürdür. Azərbaycanda məhkəmələrin üz qarası olduğu bir daha meydana çıxdı. Deməli, cinayətkar ünvanında tutduqları MTN generalı Akif Çovdarovun 30 milyon pulu məhkəmə qərarı ilə özünə qaytarıldı. Düzdür bu adam cinayətkarın öndə gedənlərindən idi. Amma xalqa görə bu adamı tutmamışdılar. Akif Çovdarov məmurları da soyurdu. Misal üçün metro Tağı özü etiraf edib ki, neçə illik maaşımı (yalansa) Akif tutub məndən alıb. Hamısı şantaj yollarla. Nə Tağı Akifə verdiyi pulu, nə də sifarişli məhkəmənin Akifə qaytardığı pulları onlar alın təri ilə qazanmayıblar. Ondan bundan oğurladıqları pullardır. Kimsə vaxtında yaxşı demişdi ki, məmurlar xalqın pulu ilə arvadlarına paltar alırlar.

Akif də o zamanlar xalqa ziyan vurduğu üçün tutulmamışdı. Sadəcə inək kimi sağıldıqdan sonra artıq ona ehtiyac qalmamışdı. Başqalarını gətirirdilər ki, onları da bir az soya bilsinlər. İndi də Akif Çovdarova qaytarılan pullar o, bu pulları haqq etdiyi üçün ona qaytarılmayıb. Çünki söhbət haqq etməkdən getsəydi nahaqdan zindanda çürüdülən, şərlənən insanlar buraxılardı. Sifarişli məhkəmə onları buraxmaq əvəzinə illərdir zindanda saxlayır. Bəs söhbət nəyin söhbətidir? Bəli, söhbət ondan gedir ki, özünə arxalanan, xalqın başını dəmir yumruqla əzən alçaq hakimiyyət Akif Çovdarovun əlində olan materiallardan qorxduğu üçün ona pulunu qaytarıb. Ondan başqa MTN naziri Eldar Mahmudov da azadlıqdadır. Cinayətkar tutulmaq əvəzinə azadlıqda kef edir. Niyə tutulmur? Çünki əlində hakimiyyətə məxsus olan video materiallar mövcuddur. Xalqın başında dəmir yumruq partladan alçaq hakimiyyət görünür Akif və Eldar cütlüyündən nəyi var qorxur. Doğrusu budur ki, hakimiyyət rəzil olduğu qədər rəzil olub. Amma görünür hələ açılmayan çox sirlər var. Gün gələr onlar da açılar.


400 بازدید
در حال ارسال اطلاعات...