Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2023

Səddamın tələbəsi Rüstəmxanlının sirri açıldı

Ulayanların ağsaqqalı, nəvəsinə ulamaq öyrədən Sabir Rüstəmxanlı müəllimin yəqin ki, çıxışını dinləmisiz. Biz də indiyədək deyirdik ki, a balam, necə olur ki, Ali Dini Lider Ayətullah Xamenei ağanı dünyanın müxtəlif ölkələrində dinləyirlər, Şərqin ağsaqqlı sayırlar. Milyonlarla insan ona təqlid edir, onu özünə rəhbər bilir. 34 ildir ki, Ali Dini Lider ünvanında saysız-hesabsız çıxışlar edib, proqnozlar verib, ümmətin gözünü açıb. Allah kölgəsini üzərimizdən əksik eləməsin. Bəs necə olur ki, ağanın sözü Sabir Rüstəmxanlı müəllimə çatmır?

Bu yaxınlarda etdiyi çıxışdan məlum olub və Rüstəmxanlı müəllim bu qoca vaxtında sirlər ifşa edib.
Deməli nəvəsinə ulamaq öyrədən bu qoca deyir ki, bir dəfə İraqa getmişdik. Səddam da bunlarla məzələnib qayıdıb bunlara deyib ki, İrana inanmayın. Hətta İran desə ki, bu yerdə alma ağacı var. Alma bağında alma var yenə də inanmayın. Hətta yeyib görsəniz ki, həqiqətən də almadır yenə də inanmayın.

Sabir Rüstəmxanlı da demə özünün mənəvi atası və müəllimi olan Səddam müəllimdən ömrünün ən gözəl dərsini və məsləhətini alan şəxs kimi odur budur İrana inanmır. İrandan nə desələr inanmır.

Əlbəttə Səddam müəllim də bir vaxtlar deyirdi ki, bir neçə gündən sonra Tehrandan müsahibə verəcəyəm. Axmaq diktatoru elə tırkalamışdılar ki, elə bilirdi ki, Tehranı tutacaq. Amma yalan dedi. Səddam Tehranı nəinki bir neçə gün heç 8 il sonra da ala bilməyəndən sonra gərək Sabir Rüstəmxanlı İraqa səfər edib Səddama deyərdi ki, Səddam müəllim sən dedin İrana inanmayın biz də inanmadıq. Amma İranın dediyi düz çıxdı axı. Sən deyirdin ki, bir neçə gündən sonra Tehrandan müsahibə verəcəm, amma İran İslam İnqilabının banisi İmam Xomeyni ağa isə Allaha təvəkkül edib deyridi ki, Amrika heç bir qələt edə bilməz. Hələ ki onun dediyi düz çıxır. Amma Sabir müəllim bunu etmədi. Hələ utanmır, xəcalət çəkmir durub neçə illik sirrini də açıb.

Özü də Səddam müəllim bəlkə də o zamanlar fikirləşib ki, Sabir Rüstəmxanlı müəllimgilin məmləkətində kişinin yanında baş kəsirlər amma kişilər dinmirlər, sirr saxlayırlar. Buna görə də Sabir Rüstəmxanlı müəllimin yanında qələt edib ağzından bir söz çıxardıb. Bəlkə də hətta qulağına deyib. Amma Sabir Rüstəmxanlı müəllim fikirləşib ki, əşşi Səddam dədə artıq ölüb də desəm nə olajaxdı ki.


1940 بازدید
در حال ارسال اطلاعات...