
Qocalar evi olan, zillət vəkillərinin təyinatla gedib oturduğu xaraba - deputatxana neçə gündür ki, od tutub yanır, söndürən yoxdur. Oranı nə qədər yanğın söndürən maşınlar gəlsə də söndürə bilməz. Oranı söndürsə söndürsə xalq söndürə bilər. Hər adam gəlib bir lomba deputatxanaya və orda oturan zillət vəkillərinin üzünə tüpürsə yanğını söndürmək olar.
Amma xalq da o yatan yatıb, oyanmaq istəmir. Bəlkə də deputatların deputatxanada yatmaları elə xalqa görədir. Ola bilər ki, deputatlar deyiblər ki, əşşi biz xalqa görə niyə özümüzü oda közə vurmalıyıq ki? Onlar yatıblar, biz də yataq da.
Nə isə əlqərəz. Deputatxananın tüstüsü təpəsindən çıxır. Siyavuş Novruzov, Fəzail Ağamalı kimi insanlar yanıb tökülürlər ki, həmkarları olan deputat Vahid Əhmədov onların bütün zibillərinin üstünü açıb. Mehman Hüseynovun deputat Vahid Əhmədovdan aldığı müsahibə deputatxananı bir birinə vurub. İllərdir yatanlar oyanıblar.
Ən maraqlısı isə budur ki, Mehman Hüseynov müsahibəsində deputatlardan üç nəfərin adını çəkməsini istəyib ki, doğrudan da onlar seçilib deputatxanada otururlar və iş görürlər. Vahid Əhmədov isə təsəvvür edin ki, üç nəfərin adını çəkməyə çətinlik çəkib. Sonra bildirib ki, deputatlar qanuna əsasən oliqarxlıq edə bilməzlər. Amma ölkədə qanun olmadığı üçün yuxarılara pul ötürüb hər cür oliqarxlıq etmək su içməkdən də asan bir şeydir.
Əlbəttə Mehman Hüseynovun aldığı müsahibəni olduğu kimi burada paylaşan deyilik. Amma görünür ki, Vahid Əhmədovun da əlinə yaxşı mənada bir bəhanə düşüb və deputatxananı əməlli başlı çalxalayıb.
İndi isə işverən zillət vəkilləri Vahid Əhmədov haqqında deputatxananın intizam komissiyasının tədbir görməsini tələb edirlər. Təbii ki, deputatxana xaraba olduğu üçün orada çirkab insanlar otura bilərlər. Təmiz adamlar və yaxud da əvvəli çirkab olsa da sonradan yuyunub təmizlənən insanlar orada otura bilməzlər.