Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2023

Sənin gücün nəyə çatır sionist nökəri?

Publika.az saytı "İranın gücü çağırış etməyə çatır" başlıqlı yazısında İran İslam Respublikasının Xarici İşlər naziri Əmir Hüseyn Abdullahianı təhqir etmək istəyib. Amma özünün axmaq olduğunu biruzə verib.

Sionist saytı cənab nazirin X səhifəsində belə yazdığı qeyd edir: BMT Təhlükəsizlik Şurası (BMT TŞ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) aparteid dövlətini tərksilah etmək üçün tez və təcili tədbirlər görməlidir.

Bəli Abdullahianda olan qeyrətin bir faizi sizdə olsaydı siz də nəsə edərdiniz. Yaxşı deyək ki, İranın gücü ancaq çağırış etməyə çatır. Ay sionist tulası, sənin gücün nəyə çatır? Sənin gücün bundan artığına çatırmı? Çatırsa buyur qollarını çırmala. Üstəlik bu kimi işlər üçün güc mühüm deyil, mühüm qeyrətin çatmasıdır. İran bu dəqiqə müsəlman dünyasının ən xod gedən dövlətidir. Məhz onun qüdrətindən qorxub Zəngəzur işində nə sionist rejim nə də Ərdoğan bir qələt edə bilmədi. Güya məqsədləri Azərbaycana dəstək verib İran əleyhinə vuruşmaq idi. Amma hədə qorxu gəldilər gördülər ki, bir şey çıxmır səslərini içlərinə saldılar.

İran həmin dövlətdir ki, bir generalı şəhid ediləndə Amerikanın İraqdakı iki bazasını məhv elədi. İran Amerika, İsrail kimi sizin ağalarınızın yuxusuna haram qatan dövlətdir.


1545 بازدید
در حال ارسال اطلاعات...