Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2023

Sionist rejimin və bəzi sionistpərəstlərin acı məğlubiyyəti

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) ilə sionist rejim arasında müvəqqəti atəşkəs razılaşmasını Fələstin müqavimət qüvvələrinin təsirli qələbəsi adlandırıb. İRNA-nın məlumatına görə, Con Bolton İngiltərənin “Daily Telegraph” qəzetinə yazdığı məqalədə müvəqqəti atəşkəs razılaşmasının faydaları və xərclərinin olduğunu vurğulayaraq iddia edib: “Bu barədə HƏMAS böyük qələbə qazandı. Razılaşmanın İsrail üçün qəti mənfi presedent olub-olmaması hələ məlum deyil, lakin əldə olunan razılaşmanın HƏMAS-ın terror təhlükəsinin aradan qaldırılmasına gətirib çıxaracağına şübhələr yaradır.

Bəli, Həmas qalibdir. Bu qələbə yadıma 2006-cı ilin Hizbullah qələbəsini saldı. O hadisədən illər keçmişdi. Siyasilərdən biri ilə öz aramızda kiçik bir polemika yarandı. Siyasətçi deyirdi ki, siz şiələr niyə Hizbullahı qalib hesab edirsiz ki? Məgər İsrail məğlub oldu? Mən ona demişdim ki, bəli, sionist rejim məğlub oldu. Ona görə ki, qalib - məğlub anlayışları dini və dünyavi baxışla fərq edir. Dünyavi prizmadan məsələyə baxsaq bu gün də bəzi insanlar deyirlər ki, İsrail 2006-cı ildə də indi də qalibdir. 2006-da 33 günlük müharibədə Hizbullaha qalib gəlmişdi, indi isə Həmasa. Niyə görə belə düşünürlər? Ona görə ki, dindən xəbərləri yoxdur. Şəhidlikdən, şəhadətdən anlayışları yoxdur. Bütün günü efirdə Ay Zaura, vay Elgizə, zay Bayram nursuza baxan millət başqa necə olmalıdır ki?

44 günlük müharibədə də torpaqlarımızı işğaldan azad edənlər "ay Zaur" deyənlər yox, "ya Hüseyn (ə)" deyənlər idi. Allaha sonsuz həmd olsun.

Amma şəhadət məktəbi görənlər, şəhadətin nə olduğunu, İmam Hüseynin (ə) kim olduğunu bilənlər, ömrünü Hacı Qasim Süleymani kimi əyyami Fayimiyyə və məhərrəmlikdə keçirənlər gözəl bilirlər ki, 33 günlük müharibədə Hizbullah sionist rejimə qalib gəlmişdi. İndi də Həmas qalib gəlib.

Belə ki, qələbə uşaqları qətliam etmək, xəstəxanaları vurmaq deyil. Həmas, o zaman Hizbullah qeyri bərabər döyüşə girmişdi. Sionist rejimi dəstəkləyənlər arasında Amerika, Amerikanın sionsitpərəst, yəhudi oliqarxları, Avropa ölkələri durmuşdu. Üstəlik satqın bir sıra ərəb və müsəlman ölkələri də sionistin yanında idi. Amma Allah başqa cür tədbir tökür. Elə edir ki, sənin hesablamaların və sionistvari xəyalların suya düşür. Həmas və Hizbullah qalib olur. Minlərlə uşaq ölür. Amma hər ölən uşaq sanki iki mücahid yetişdirir. Hər mücahidin qəlbində şəhadət eşqi, İmam Hüseyn (ə) sevgisi böyüyür, çiçək açır. Qırıldıqca çoxalırlar.

Birinci Qarabağ müharibəsində, 90-cı ilin əvvəlində də sərişdəsiz siyasət və idarəçilik olduğu üçün bizdə şəhadət məktəbi formalaşmadı. Sovetdən yenicə çıxmış xalqa İmam Hüseyn (ə) hədəfləri və məktəbi açıqlanmadı. Ona görə də bizim bəzi hərbiçilərimiz səngəri qoyub qaçırdılar. Müqavimət göstərmirdi. Hərbi komandirlər mərkəzi hakimiyyət ilə araları dəydiyinə görə tabe olmur, gah orduya qayıtmaq əmri verirdilər. Əgər o zamanlar hər biri hərbiçi, əsgər ədalətli bir şəkildə şücaət göstərib şəhid olsaydı qələbənin bizimlə olduğunu görərdilər. Hətta böyük Rusiya tərəfindən Ermənistan silahlı qüvvələri dəstəklənmiş olsaydı, torpaqları itirsəydik belə biz həqiqi qaliblər olacaqdıq. Çünki "öldü var, haqq yoldan döndü yoxdur" şüarı insanları qələbəyə aparan şüardır.

Sionist rejim isə bütün güc və qüdrətinə baxmayaraq necə məğlubiyyətə düçar oldu. Nə qədər sionist hərbiçi öldü, texnikalarına zərər gəldi. Neçəsi əsir düşdü. Müqavimət qüvvələrinin sionist tankının içindən necə sionist əsgərin qulağından tutub çıxardığını hamı gördü. Bütün bunlar qələbədir.

Amerikadan, israildən bir qoruxlu mif, xoxan düzəltmişdilər. "Amerikanı ayaqlar altına qoyub tapdalayarıq", "Amerika qələt edir" deyən İran müqavimətçiləri, İslam İnqilabı dünyaya göstərdi ki, qələbə budur. Bunun bəhrəsidir ki, bu gün sionist əsgərinin qulağından tutub it kimi tankdan çıxarıb leşini yerə atırlar. Bunun bəhrəsidir ki, sionist rejim bütün şişirdilmiş gücünə baxmayaraq Həması məhv edə bilmir. Bunun bəhrəsidir ki, Amerikalı insanlar sionisti məğlub hesab edir. Həmd olsun.


4801 بازدید
در حال ارسال اطلاعات...