Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2024

Avropada və bizdə olan islamofobiya

Avropa yaman düşüb üstümüzə. Üstümüzə deyəndə ki, ay başınıza dönüm, Azərbaycan hakimiyyətinin üstünə. Uzun illər ölkədə anarxiya, özbaşınalıq, haqsızlıq, hüquqsuzluq, diktatura baş alıb getsə də Avropa bütün bunlara susurdu. Niyə bir tədbir görmürdü? Azərbaycan hakimiyyəti məhz onların ağzını siyasi korrupsiya ilə yumurdu. Xalqa da deyirdilər ki, seçkilər şəffaf, ədalətli keçirilib. Ölkədə siyasi məhbus yoxdur. Bəs niyə indi əl ayağa düşüb? Əslində Azərbaycan hakimiyyətinə inanmadığımız qədər gərək Avropaya da inanmayaq. Çünki indiyədək Azərbaycan hakimiyyəti Avropaya sərf edirdi deyə araları dəyməmişdi. İndi sərf eləmir və sərf etmədiyi üçün də özünə sərf edən bir hakimiyyət axtarışındadır. Tapan kimi onun hakimiyyətə gəlməsini təmin edəcəklər. Olan yenə Azərbaycan xalqına olacaq. Yazıq xalq. Əlbəttə xalq da xalq olsa dərd yarıdır. Camaatımızın dünya-aləm vecinə deyil. Kim öldü kim qaldı. Nə isə, bundan keçirəm.

Məsələ Azərbaycan iqtidarının AŞPA nümayəndəsinin Avropa Şurasını ittiham etdiyi məsələdir. Deməli Səməd Seyidov deyir ki, Avropa Şurası islamofobdur. Onlarda siyasi korrupsiya, ayrı seçkilik, dini nifrət var. Şükür sənə ilahi. Qəlblərin qəsavət bağladığı bu dövrümüzdə heç olmasa Səməd Seyidov kimi insanların bu hərəkətləri bais olur ki, biz də şükür edirik. Deməli gör dünyanın harasıdır ki, Azərbaycan rəsmisi Avropaya deyir ki, sən din düşmənisən, islamofobsan. Gözəl.

Amma, Səməd müəllim çox qəribə adamdır həm də. Ay qardaş, onsuz da əlinizin altında Axar saytı, Musavat qəzeti Real tv və onun bənzəri kimi tualet kağızını xatırladan informasiya vasitələri var. Elə danışmışkən niyə demirsən ki, nə qədər azərbaycanlı dindar, siyasətçi, ruhani narkotiklə həbs edilib Avropa Şurasında. Onsuz da adlarını çəkdiyimiz tualet kağızlarının sahibləri olan yaltaq, gözəgirən jurnalistlər başlayacaqlar xalqa dediklərinizi haqq olaraq göstərməyə. Gərək məqam ələ düşmüşkən danışardı.

İndi isə gələk Avropa və bizdə olan islamofobiyaya. İnanın bu cümlələri yazanda adam özünü gülməkdən zorla saxlayır. Elə siz də oxuyanda gülürsüz. Bilirsən necədir? Xristian avropasında bir nəfər çıxıb İslamın müqəddəs kitabını yandırır. Bircə dəfə olsun bu şərəfsizliyə reaksiya verməyən Səməd Səmədov və onun kimi Azərbaycan hakimiyyətində təmsil olunan insanların indi Avropa ilə arası dəyən kimi İslam yadlarına düşüb. Əlbəttə onlar necə etiraz etsinlər ki? Onlar Quranın buyurduğu haramlarla böyüyən insanlardılar. Onların yadına ermənilərin məsciddə donuz saxlamaları İranla ara dəyəndə düşür. Onların yadına Quran və din Avropa ilə araları dəyəndə düşür. Necə etiraz etsinlər ki? Onlara deməzlər ki, Quranda, dində rüşvət almaq haramdır. İnsanları narkotik ilə şərləmək zülmdür. Sifarişli məhkəmələrdə işləmək olmaz. Məhkəmələr azad və ədalətli olmalıdır. Xalqı süründürmək, beş manata möhtac eləmək olmaz. Bütün bunlar Azərbaycan hakimiyyətinin xalqa olan zülmlərinin çox cüzi bir hissəsidir. Avropada Quran xristianlar tərəfindən təhqir edilir, amma ölkəmizdə isə özlərinə müsəlman deyən gavurlar tərəfindən.


7631 بازدید
در حال ارسال اطلاعات...