Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

"Fələstinlilərin qələbəsi bizim qələbəmizdir"

Hizbullah lideri Qüds günü ilə bağlı müraciət etdi: “Fələstinin qələbəsi bizim qələbəmiz, müqaviməti bizim müqavimətimizdir”

Livanın Hizbullah hərəkatının lideri Seyyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günü ilə əlaqədar olaraq Beyrutun cənubunda Dahiyə bölgəsində çıxış edib.

“Fələstinlilərin qələbəsi bizim qələbəmiz, mübarizəsi, bizim mübarizəmizdir”, - deyə Həsən Nəsrullah çıxışına başlayıb.

Hizbullah baş katibi ilk növbədə Fələstin dərdlərinə səssiz qalan ərəb ölkələrini tənqid edib: “Əminəm ki, bəzi ərəb ölkələrinin liderləri Netanyahoya zəng edib hücumları davam etdirməsini istəyir. Bununla da müqavimətin qalib gəlməsinin qarşısını almağa çalışırlar. Üzücüdür ki, bəzi ərəb mediası fələstinli uşaqları öldürən İsrail rejiminin əsgərlərinə qarşı duyğusal yanaşan xəbərlər yayımlayır. Ordusuna güvənməyən İsrail rejimi Fələstin xalqının müqavimətini qırmaq üçün hücumlara qadın və uşaqları qətlə yetirməklə başladı”.

Seyyid Həsən Nəsrullah çıxışında İŞİD terrorçularının sionist İsrail rejiminin törəməsi olduğunu bildirib: “İraqda kilsə və məscidlərin dağıdılması görünür ki, Qüdsdə Əl-Əqsa məscidinin dağıdılması üçün zəmin yaratmaq məqsədi daşıyır. İŞİD İraqda məscid, kilsə və peyğəmbər məqbərələrini hədəf alırsa, İsrail niyə də Əl-Əqsa məscidini hədəf almasın?”.

Həsən Nəsrullah Hizbullahın hər zaman Fələstin xalqı və bütün fələstinlilərin yanında yer almasından danışıb: “Fələstinlilərin zəfəri bizim zəfərimiz, müqaviməti bizim müqavimətimizdir. Qəzzada hədəf yalnız HƏMAS deyil, bütün Fələstinli müqavimətçilərdir. Qərb və Ərəb dünyasına qalsa, İsrailə əlinə fürsət düşmüşkən işlərini bitirməsini deyəcək”.

Hizbullah lideri sionistlərin illərdir Fələstin müqavimətini unutdurmağa, Qüdsü müsəlman və xristianlar üçün dəyərsizləşdirməyə çalışdığını bildirib.

Nəsrullah Qüds gününün mahiyyətindən də söz açıb: “Qüds günü, bizləri Fələstini qəlblərimizdə, ağıllarımızda ən ümdə məsələ olaraq canlandırmağa təşviq edir. Sionistlər illərdir Fələstin müqavimətini yox etməyə, unutdurmağa çalışır. Amma, Qüds günü bunun qarşısını alır.

HƏMAS Qəzzada müqavimət məntiqi ilə xalqın nüfuzunu qazanıb və qalib gəlib. Bu hadisələrin sonunda da HƏMAS qalib gələcək. Lakin, İsrail rejimi isə bütün dünyadan aldığı dəstəyə rəğmən yenə də məğlub durumda qaldı və sonadək məğlub olacaq”, - deyə Hizbullah lideri vurğulayıb.

Qeyd edək ki. Hizbullah liderinin xalqa televiziyadan müraciət edəcəyi gözlənilsə də, Həsən Nəsrullah Hizbullahın əsas qərargahlarından olan Dahiyədə bir konfrans zalından müraciət edib./deyerler/


4972 بازدید
در حال ارسال اطلاعات...