2030-cu ilə qədər 34 ölkənin yaşlı təbəqəsi ölkə əhalisinin 20 %-indən çoxuna şamil olacaq.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, mövcud statistikaya əsasən, hazırda dünyanın 3 ölkəsi, Almaniya, Yaponiya və İtaliya 20 %-dən çox yaşlı əhaliyə malikdir. Bu da sözügedən ölkələrin əhalisinin nəzərəçarpacaq hissəsini təşkil edir.
Digər tərəfdən isə, 2015-ci ilə qədər Yunanıstan və Finlandiya da bu ölkələrin sırasına qoşulacaq və onların da yaşlı əhalisi öləkə əhalisinin ümumi sayının 20 %-indən çox olacaq.
CNN-in verdiyi məlumata görə, 2020-ci ilə qədər ölkə əhalisinin yaşlı təbəqəsinin 20 %-i keçəcəyi dünya ölkələrinin sayı 13-ə çatacaq. Bu da yüksək statistika olmayacaq. Lakin statistikaya əsasən, 2030-cu ildə dünyanın 34 ölkəsinin əhalisinin 20 %-dən çoxunu yaşlı nəsil təşkil edəcək.
Buna əsasən 2030-cu ildə, Amerika, Kanada, İspaniya, Fransa, İngiltərə və İsveç kimi böyük ölkələr də yaşlılar ölkəsi sayılacaq.
Ölkələrin yaşlı əhalisinin artması onlar üçün müxtəlif iqtisadi problemlər də gətirəcək. Bu əhali demoqrafiyası nəinki işçi qüvvəsinin azalmasına və bunun nəticəsində iqtisadi inkişafın azalmasına səbəb olacaq, hətta bu yaşlı insanların səhiyyəsi və qocalar evlərinin artması üçün büdcələrin artması nəticəsində də ölkələrin iqtisadiyyatını nəzərə çarpacaq formada böhranla üzləşdirəcək.
Qocalmağa meyilli ölkələr arasında əsas paya Avropa və Amerika ölkələri sahibdirlər. Belə ki, Asiyadan yalnız Cənubi Koreya, Yeni Zellandiya və Sinqapur 2030-cu ildə qocalmış ölkələr toplusuna qoşulacaqlar.
Buna görə də, ekspertlər proqnoz verirlər ki, “qoca ölkələr” bu illərdə əhalinin qocalması, işçi qüvvəsinin azalması, yaşlılara qocalıq müavinətlərinin verilməsi, səhiyyə xərclərinin təmin edilməsi, qocalar evlərinin və bu kimi digər xərclərin artması ilə qarşılaşacaqlar ki, bütün bunlar onların iqtisadi inkişafına çox mənfi təsir göstərəcək.