Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Cümə axşamı min salavat

İslam düşüncə dinidir. Müsəlman şəxs oxuduğu ayə və duaların mənasını bildikdə, bu mənalar barədə düşündükdə həm daha çox təsirlənir, həm daha çox faydalanır. Təbii ki Quran və hədislərin mənasını anlamaq bəziləri üçün çətin olur. Bu halda sadəcə oxumaq və oxuyan zaman Allahı xatırlamağın savabı var.

***

Müsəlman cəmiyyətlərində cümə axşamı adlandırdığımız gün qəbir ziyarəti, ehsan, savab iş, Quran və dua oxumaq artıq adət şəklini alıb. Mötəbər mənbələrdə nəql olunmuş hədislərdə cümə axşamı günü bəzi əməllər tövsiyə edilir. Onlardan bəzilərini nəzərdən keçirək:

- “Subhan əllah, vəllahu əkbər, və la ilahə illəllah” zikrini çox demək;

سبحان اللّه،و اللّه اكبر،و لا اله الاّ اللّه


- Muhəmməd və Ali-Muhəmmədə çox salavat göndərmək;
İmam Sadiq (ə) buyurur: Cümə axşamı Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək min xeyir əmələ bərabərdir, min günahı yuyur, insanın məqamını min dərəcə artırır. Cümə axşamı günü əsr (ikinti) namazından başlayıb cümə gününün sonunadək Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək müstəhəbdir.
İmam Sadiq (ə) başqa məqamda buyurur: “Cümə axşamı günü əsr vaxtı mələklər əllərində qızıl qələm və gümüş vərəqlərlə enər, cümə günü qüruba qədər yalnız Muhəmməd və Ali-Muhəmmədə salavatları yazarlar.”
Şeyx Tusi buyurur ki, cümə axşamı günü Muhəmməd və Ali-Muhəmmədə min salavat göndərmək müstəhəbdir. Şeyx Tusi salavatda belə deyilməsini tövsiyə edir:
Əllahummə səlli əla muhəmmədin və ali muhəmməd və əccil fərəcəhum və əhlik əduvvəhum minəl-cinni vəl-insi minəl-əvvəlinə vəl-axirin. Tərcüməsi: Pərvərdigara, Muhəmməd və Ali-Muhəmmədə salam göndər, Onların fərəcini tezlət, cin və insdən, əvvəlkilər və sonrakılardan olan düşmənlərini məhv et.

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ


-Şeyx Tusi buyurur ki, cümə axşamı gününün sonunda bu qaydada istiğfar edin:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ تَوْبَةَ عَبْدٍ خَاضِعٍ مِسْكِينٍ مُسْتَكِينٍ لا يَسْتَطِيعُ لِنَفْسِهِ صَرْفا وَ لا عَدْلا وَ لا نَفْعا وَ لا ضَرّا وَ لا حَيَاةً وَ لا مَوْتا وَ لا نُشُورا وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ عِتْرَتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْأَخْيَارِ الْأَبْرَارِ وَ سَلَّمَ تَسْلِيما


-Cümə axşamı günü bu surələri oxumağın savabı böyükdür: İsra, Kəhf, Şuəra, Nəml, Qəsəs, Səcdə, Yasin, Sad, Əhqaf, Vaqeə, Ha-Mim Səcdə, Duxan, Tur, Qəmər, Cumuə

Nur-az


5505 بازدید
در حال ارسال اطلاعات...