Rusiyanın sərhədləri daxilində fəaliyyət göstərən və daxili təhlükəsizliyi nəzarətdə saxlayan FSB-dən (Федеральная служба безопасности Российской Федерации – Rusiya Federal Təhlükəsizlik Xidməti) fərli olaraq, SVR (Служба внешней разведки Российской Федерации – Rusiya Xarici Kəşfiyyat Xidməti) Rusiyanın sərhədləri xaricində fəaliyyət göstərir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəsmi vəzifəsi dünyada Rusiya əleyhinə terrorizmlə mübarizə və Rusiyanın iqtisadi mənafeyini qorumaqdan ibarətdir. Bu təşkilatın qeyri-rəsmi vəzifəsi isə, Rusiya daxilində siyasi hakimiyyətin iqtidarının möhkəmlənməsinə yardım etməkdir.
Rusiya casusluq sahəsində çox güclü keçmişə malikdir və ölkənin casusluq tarixi Çar Rusiyasının (1547-1721) dövrünə qayıdır. Hər halda SSRİ dağıldıqdan sonra, çox güclü və sərhədsiz səlahiyyətə sahib olan KQB (Комитет государственной безопасности КГБ СССР - SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) təşkilatı kiçik və məhdud səlahiyyətlərə malik olan çoxsaylı təşkilatlara parçalandı. Lakin bu məhdudiyyətlər çox çəkmədi. Keçmiş KQB üzvü Vladimir Putin Rusiyada iqtidara gəldikdən sonra, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) keçmiş casusluq təşkilatlarının bir çox səlahiyyət və iqtidarını yenidən əldə etməyə müvəffəq oldu.
Hal hazırda amerikalı rəsmilər bu fikirdədirlər ki, sözügedən təşkilatın Amerikadakı casusluq fəaliyyəti tempi soyuq müharibə dövründəki fəaliyyət tempinə qayıtmışdır. Vaşinqtondakı “Beynəlxalq Casusluq Muzeyinin” icraçı müdiri, keçmiş CIA (Central Intelligence Agency – Mərkəzi Kəşfiyyat İdarəsi) üzvü və öz təşkilatının KQB ilə 30 ildən çox rəqabətlərində iştirak etmiş Piter Ernest də bu fikri təsdiqləyir. P. Ernest bu barədə deyir: “Rusiyanın casusluq təşkilatları bu gün keçmişdəkindən daha üstün olmasalar da, ondan az da deyillər. Onlar keçmişdəki kimi əhəmiyyətə malikdirlər.” O Rusiyanın casusluq fəaliyyətini qətiyyən azaltmadığını bildirərək əlavə edib: “SVR keçmiş KQB casusu Aleksandr Litvinenkonun terror edilməsində əsas rolu oynamaqda ən çox təqsirləndirilən təşkilatdır.”
Amerikadan sonra Rusiya casuslarının ölkəsindəki fəaliyyətinə görə olduqca narahatlıq keçirən ikinci ölkə İngiltərədir. İngiltərəli rəsmilər bu fikirdədirlər ki, Rusiyanın İngiltərə əleyhinə casusluq fəaliyyətinin həcmi soyuq müharibə dövründəki həddədir. İngiltərənin əks-kəşfiyyat təşkilatı MI5-ın (Military Intelligence, Section 5 – Hərbi Kəşfiyyat 5-ci bölmə) keçmiş müdiri Conatan Evans Rusiya casusları ilə mübarizə aparmaq üçün çoxlu vəsait və çoxsaylı canlı qüvvənin istifadə edildiyini bildirərək deyir: “Bu sahədə xərclənmiş vəsait əl-Qaidə ilə mübarizə aparmaq üçün sərf edilən vəsaitə bərabərdir.”
Onun sözlərinə görə İngiltərə ərazisində terrorçulara və milli təhlükəsizliyi təhdid edən qüvvələrə bağlı ən azı iki min nəfər var. Belə ki, artıq MI5 onları izləmək üçün lazımi gücə malik deyil. C. Evans bəzi ölkələrin keçmişdəki kimi məxfi şəkildə İngiltərənin hərbi texnolgiyaları barədə məlumat toplaması, iqtisadi və siyasi casusluğu və habelə kompüterlərə elektron hücumun davam etdiyini bildirmiş və demişdir: “Soyuq müharibənin başa çatmasına baxmayaraq, MI5 təşkilatı əvvəllər olduğu kimi Rusiya, Çin və başqa bir neçə ölkənin casusluq fəaliyyətlərilə mübarizə aparmalıdır.” O həmçinin təşkilat tərəfindən ayrılan pul və qüvvələrin hədər getməsindən və casuslarla mübarizənin səmərəsiz olduğundan yaranan narahatlığın yerində olduğunu bildirmişdir.
Əlbəttə V. Putin Xarici Kəşfiyyat Xidməti əleyhinə səslənən bu kimi ittihamları təkzib etmiş və bu təşkilatın təhlükəsizlik sahəsində ən peşəkar və ən yararlı təşkilat olduğunu bildirmişdir. Həqiqətdə demək lazımdır ki, son illər ərzində Rusiyanın casusluq təşkilatları ölkənin ən qüdrətli siyasi qruplarından birinə çevrilmişlər. Bütün bunlarla yanaşı KQB-nin keçmiş məmurlarının çoxu Kremlin əsas vəzifələrinin bir çoxuna yiyələnmişlər. Rusiyanın qədim tarixə malik belə bir deyimi var: “Heç bir şey casusluğa çatmaz.”
Hazırda SVR-ən təqribən 13.000 əməkdaşı var.
SVR-ın gerbi:
SVR-ın bayrağı:
SVR-ın möhürü:
SVR-ın rəhbəri Mixail Fradkov: