Uşağın xüsusiyyətləri
Pak və kamillik axtaran fitrət
Dünya uşaqları həyat sərvətlərinin pak fitrət toxumundan ibarət olan ümidverici tumurcuqlardır.
Bütün uşaqlar pak və kamillik axtaran fitrətlə doğulurlar.
Taleyin təyin olunması
Uşaqlıq dövrü başqa bir cəhətdən həssasdır. Mən bunu qəbul edirəm ki, əgər bizim tərəf-müqabillərimiz uşaqlar olsalar, işimiz ağır olmayacaq. Lakin uşaqlarda çox şeylər vardır; yəni gəncin yetkinlik dövründəki taleyi onun uşaqlıq dövründə təyin olunur.
Şəxsiyyətin formalaşması
Şəxsiyyətin formalaşması - məntiq və dil istedadlarının inkişafı, emosional tarazlıq və ictimai əlaqələr qurmaq bacarığı üçün uşağın həyatının ilk altı ili böyük əhəmiyyətə malikdir. Demişlər ki, orta məktəb dövrünün sonundakı gəncin nailiyyətlərinin yarıdan çoxu onun məktəbə girməzdən qabaqkı illərinə aiddir.
Ən çox təsirlənən insan
Uşaq həm gələcək məhsulların yeni ağacı, həm də müsbət və mənfi olmasından asılı olmayaraq təbii və mənəvi məsələlərdən ən çox təsirlənən insandır.
Uşağın güclü təsirlənməsi
Uşağın güclü və həssas təsirlənməsi çox nəticəli və sonuclu bir təsirlənmədir. Yəni bu uşağın sonunda və aqibətində olan təsirləri olduqca çoxdur. Odur ki, bu məsələni nəzərə almaq lazımdır.
Fərdi fərqlər
Təlim və tərbiyə məsələlərindən biri bu uşaqların fərdi fərqlərinə diqqət yetirməkdir. Uşaqlar genetik şərait, ailə vəziyyəti, valideynlərin peşə mövqeyi, ictimai vəziyyət, imkanlar, istedad və inkişafın digər müxtəlif cəhətləri baxımından bir-biri ilə fərqlənirlər.
Qiymətli varlıq
Bu qiymətli varlıq valideynin əlində və nəhayət təlatümlü cəmiyyətdə zəif və müdafiəsiz bir əmanətdir.
Ayətullah Xamenei