Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

DMAHMT-nın bəyanatı

Dünya Müsəlman Azərbaycanlılarının Hüquqlarını Müdafiə Təşkilatının Azərbaycan Respublikası İslam Partiyasının dustaq rəhbərinin insani və qanuni hüquqlarının pozulması ilə əlaqədar bəyanatı:

Bismillahir-rəhmanir-rəhim

Bu gün də respublikanın qeyrətli müsəlmanları Ali-Əba seyyidi və şəhid Şeyx Qəni Badkubəyi kimi qəhrəman şəxsiyyətlərin yolunu davam etdirərək Quran və Məhəmməd (s) şəriətinin müdafiəsi uğrunda bütün işkəncə və əzab-əziyyətlərə qatlanaraq başsiz ağalarına aşiq olduqlarını tarixin qızıl fonduna daxil edir və bütün dözülməz təzyiqlərə baxmayaraq “heyhat minnəz-zillə” deyə fəryad edirlər.
Allahın salamı bu cür Allah adamlarına, izzət, qeyrət, qəhrəmanlıq, qoçaqlıq göstərən, insanlıq və azadlıq deyə fəryad çəkən adamlara olsun.
Hacı Möhsüm Səmədov, Abgül Süleymanov və digər onlarla mübariz müsəlmanların ən ibtidai qanuni və hüquqi haqlarından, o cümlədən ailə ilə görüşmək, müalicə olmaq, yaxınları ilə əlaqə yaratmaq hüququndan məhrum edilmələri, eləcə də təcrid kameralarında dustaq olmaları azadxah insanların ürəyini ağrıdır, sinələri nifrətlə doldurur. Yığıncağımız dünya azərbaycanlılarını bu cür qeyrətli övladlarına görə təbrik etməklə yanaşı şəriət dustaqlarına öz borcunu ödəyərək diqqətə çatdırır:
Azərbaycan Respublikası ədliyyə aparatının hicab dustaqları ilə qeyri-qanuni və qeyri-insani davranışı insan hüququ bəyannaməsinə, beynəlxalq konvasiyaların məzmununa və Azərbaycan Respublikası konstitusiyasının XXV maddəsinə ziddir.
Hamı bilir ki, bu işkəncələrin, əzab-əziyyətlərin əsas səbəbi hakimiyyət dairələrinin narahatlığından irəli gəlir. Onlar bu məzlumların peşiman olmadıqlarından, əfvnaməni imzalamadıqlarından, sarsılmaz dağ kimi dayandıqlarından son dərəcə narahatdırlar. Onlar yaxşı bilirlər ki, bu Allah adamlarının qətiyyəti və müqaviməti Azərbaycan tarixinə qızıl vərəq kimi keçəcək və Azərbaycan xalqı həmişə belə oğullara fəxr edəcəkdir.
Şübhə yoxdur ki, bu məzlumlar dünya azadlıqsevərlərin xatirəsində qalacaq, Ərdəbilin möhtərəm imam-cüməsinin təbirincə desək, bu şəxsiyyətlər Azərbaycan xalqının müqavimət simvoluna çevriləcəkdir. Qarşı tərəfə, işkəncəçilərə isə bədnamlıqdan, nifrətdən, zərərdən başqa bir şey qalmayacaqdır.
Nəhayət yığıncağımız insanların azadlıq və insani dəyərlərini müdafiə edərək bu cür qanundan kənar anti humanitar davranışlara etirazını bildirməklə yanaşı Azərbaycan dövlətindən istəyir ki, Azərbaycan həbsxanalarında insan hüququnun pozulması hallarına son qoymaq və dustaqları azadlığa buraxmaqla müsəlman əhalinin hakimiyyətə etimadını gücləndirsin.
İslam dustaqlarının və əziz Qarabağımızın azadlığı ümidilə.


Dünya Müsəlman Azərbaycanlılarının Hüquqlarını Müdafiə Təşkilatı


5559 بازدید
در حال ارسال اطلاعات...