
Eduardo Anielli (Edoardo Agnelli) İtaliyada milyonçu Aniellilər klanından olan Covanni Aniellinin oğlu idi. 1954-cü ildə NyuYorkda doğulmuş Eduardo Anielli şərqşünas olub, İslamı qəbul edib, İranda mərhum Ayətullah Xomeyni ilə görüşüb. "Fiat" firması daxil olmaqla bir çox zavod və fabriklər, eləcə də "Yuventus" futbol klubu bu ailəyə məxsus olub.
***
Farsnews müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş Eduardo haqqında yazır. Onun hələ də taleyi qaranlıq qalan İmam Musa Sədrin azadlığı üçün fəaliyyətləri nəzərdən keçirilir.
Eduardo deyir ki, sabiq Liviya başçısı Qəzzafinin oğlu futbolu çox sevirdi. Bizə məxsus Yuventus klubuna marağından istifadə edib ondan Musa Sədr haqqında öyrənmək istədim…
Eduardo bir neçə dəfə İranda səfərdə olub. Dünyanın müxtəlif guşələrində şiələrə dəstək olan Eduardonun qətlə yetirildiyi güman olunur. Çoxları Eduardonu şəhid sayır. Eduardo İslamı qəbul edəndən sonra Mehdi adını götürür.
İslam İnqilabı fəallarından olan Məhəmmdəmehdi Məlikülkitab Xiyabani
bu böyük insanla yaxın münasibətdə olanlardan biridir. Cənab Xiyabani ilə Eduardo haqqında müsahibəni təqdim edirik:
-Şəhid Eduardo (Mehdi) ilə necə tanışoldunuz?
-Allahın lütfü ilə dostlaşmışdıq. Tehrana gələndə görüşdük, ilk söhbətimiz Musa Sədr haqqında oldu. Eduardo çox istəyirdi ki, Liviya səfərində müəmmalı şəkildə yoxa çıxmış Musa Sədri tapsın. Eduardo deyirdi ki, sabiq Liviya başçısı Qəzzafinin oğlu futbolu çox sevir. Bizə məxsus Yuventus klubuna marağından istifadə edib ondan Musa Sədr haqqında öyrənmək istəyirəm. Mən ona dedim məsələ onun düşündüyündən çox mürəkkəbdir. Əvvəllər şafeiməzhəb olmuş Qəzzafi sonradan sələfiliyi qəbul etmişdi. Şiələrlə çox pis münasibətdə idi. Digər tərəfdən məntəqənin şiələri və xristianları, ümimiyyətlə tanıyanlar Musa Sədri çox sevirdi. Bu sevgi Qəzzafini qıcıqlandırırdı. O, Musa Sədri rəqib hesab edirdi. Eduardoya dedim ki, Musa Sədr oğurlanıb və onu tapmaq mümkünsüz kimidir. Eduardo ilə Livanın cənubuna getdik.
- Məqsədiniz nə idi?
-Eduardo Livan şiələrini görmək istəyirdi…
-Eduardo Həzrət Ağa (Ayətullah Xamenei) barədə də soruşdumu?
-O zaman Ayətullah Xamenei president idi. Eduardoya dedim ki, İslam dünyasında iki təsirli şəxs var, biri İmam Musa Sədrdir, o biri isə Ayətullah Xamenei. Onlar ikisi də çox sevilirlər.
-Sizin münasibətləriniz necə idi?
-Çox yaxın idik, 4 ay mənim evimdə qalmışdı.
-Əxlaqı necə idi?
-Çox yaxşı, mehriban bir gənc idi. Ən əsası sadə idi. Milyarder ailəsindən olan Eduardonun bozbaşa taftun çörək doğrayıb ləzzətlə yeməsi mənim üçün təəccüblü idi.
-Arzularından danışırdımı?
-Deyirdi kaş mənə çatacaq irsi (söhbət milyardlardan gedirdi) İslam Oyanışını xərcləyə biləydim.
-Nədən danışırdı?
-İnqilabdan, zülmlə mübarizədən. Onu Tehranın inqilabi mübarizə meydanlarına aparıb inqilabdan danışanda şövqə gəlirdi.
-Tehranda daha çox harada olurdunuz?
-Bir neçə dəfə Həzrət Əbdüləzimin, İmamzadə Salehin ziyarətində olmuşduq.
-Başqa şəhərlərə də gedirdiniz?
-Məşhədə İmam Rizanın (ə) ziyarətinə, Quma Xanım Məsumənin (s.ə) ziyarətinə, Cəmkərana, Kaşana, Şiraza getmişdik.
-Məşhəd barədə nə düşünürdü?
-Deyirdi kaş 14 əsr qabaq doğulaydım!
-Şirazda haralara getdiniz?
-Hafizi, Sədini ziyarət etdik, Təxti-Cəmşidə getdik. Ona xalqın İslamı necə qəbul edib dünyaya yaydıöından danışdım. Dedim ki, bu xalq İslamı kor-koranə qəbul etməyib. Sən necə qəbul etdin? Deyirdi ki, mən də araşdırma apardım, kor-koranə qəbul etmədim, indi dini borcumu yerinə yetirmək üçün gəlmişəm.
-İmam Xomeyniyə (r) münasibəti necə idi?
-Rəftarlarından İmama bənzəyirdi. İmam (r) televizorda danışanda tam diqqətlə qulaq asırdı. Başa düşmədiyi sözləri lüğətdən öyrənir, hər sözü dərk etmək istəyirdi.
-Sizinlə olanda özünü necə aparırdı, həyat tərzi necə idi?
-Çox sadə idi. Taxtda yatmırdı, bir odeyal yerə, o birini üstünə salıb yatırdı. Gecə saat 2-3-ə qədər mütaliə edirdi.
-Yadigar şəkil şəkdirirdiniz?
-Belə şeylər barədə düşünmürdük.
-İran televerilişlərinə baxırdı?
-Ərəbcə kanallara baxırdı, çox istəyirdi ki, ərəbcə öyrənsin.
-Alimlərin görüşünə gedirdimi?
-Ayətullah Müctehidi Tehrani, Ayətullah Musəvi Ərdəbili, Ayətullah Şahabadinin evində olmuşduq.
-Alimlər Eduardoya necə baxırdılar?
-Ayətullah Şahabadi onu çox sevirdi. Bir gün səhər vaxtı getmişdik, çox isti qarşıladı, səhər yeməyinə qonaq etdi.
-Livan səfəri ilə bağlı xatirələriniz varmı?
-Əbu-Hadi (Seyid Həsən Nəsrullah) ilə yaxın münasibəti vardı. Seyid Abbas da onunla tanış idi. Dünyada İslam hərəkatının genişlənməsində maraqlı olan Seyid Abbas Eduardoya deyirdi ki, İtaliyada belə bir ofis açılsa yaxşı olar. Eduardo bu işi görmək istəyirdi, amma imkan vermədilər.
-Kent Luka ilə də tanışsınız?
-Tanış deyiləm, amma bilirəm ki, Eduardodan çox-çox qaynardır.
-Nə üçün Luka məxfi fəaliyyət yolunu seçdi?
-Onu ətrafı, ata-anası çox hədələyirdi.
-Eduardo gələndə pul gətirmişdimi?
-Çox pul gətirmişdi. Livan Hizbullahına böyük yardım etdi.
-İranda hansı yerləri sevirdi?
-Ziyarətgahlara gedir, İmam Hüseynin (ə) həyatı ilə tanış olmağa çalışır, müharibədə iştirak etməyə səy göstərirdi. Sonuncu istəyinə çata bilmədi.
-Nə üçün İranda qalmadı?
-Onun böyük məqsədləri vardı. Ona çatacaq böyük irsi İslama xərcləmək istəyirdi. Buna görə İtaliyaya qayıtdı və çox keçmədi ki, şəhadətə çatdı.
-Behişti-Zəhrada hansı şəhidləri ziyarət etdiniz?
-Hamını ziyarət etdik. Amma daha çox şəhid Əraqi, Əndərzqu, Behiştinin ziyarətində olduq.
-Hansı şəhidin tarixçəsinə maraq göstərirdi?
-Şəhid Əraqidən ona danışanda çox maraqlandı, gedib Əraqinin məhəlləsində oldu.
-İran tacirləri ilə biznes əlaqəsi vardımı?
-Məncə, yox.
-Yuventusun hamisi kimi futbola marağı vardımı?
-Düzü, xəbərsizəm.
-Hansı İran xörəklərini sevirdi?
-Anam tava-kabab bişirmişdi, çox xoşu gəldi.
-Farsca bilirdimi?
-Yox, ərəbcə bilirdi, amma farsca öyrənirdi. Onunla ərəbcə danışırdıq.
-Dostlarınız bir xarici ilə əlaqələrinizə necə baxırdı?
-Soruşanlara deyirdim ki, İslamla tanış olmağa gəlib.
-Məsullarla görüşü olurdumu?
-Hacı Əhməd ağanın ofisində olurdu, almanca bilən Sadiq Təbatəbai ilə görüşürdü.
-Gündəlik yazırdımı?
-İslamı qəbul etdiyi gündən yazırdı. Amma o dəftərçələrin aqibəti məlum deyil.
Müsahibəni hazırladı: Məsumə Tahiri
Nur-az.com