Bəhai firqəsinin caynağından qurtulmuş biri deyir: “Bəhailər öz rəhbərlərinin doğum tarixini şəmsi təqvimdən qəmərə təqvimə dəyişərək onu məhərrəm ayının 1-ci və 2-ci günlərinə təyin ediblər. Onlar hər il məhərrəm ayının başlanğıcında şadlıq mərasimi keçirir, rəqs edirlər.
Bu azğın firqədən qaçıb-qurtarmış şəxs xanım Fatimə Məhəbbətidir. Əlborz ustanında elm hövzəsində mətbuat işçiləri ilə görüşən xanım Məhəbbəti bəhailiyin din yox, firqə olduğunu vurğulayaraq deyib: “Bu firqəyə daxil olanların heç bir azadlığı yoxdur, bütün həyatları təşkilat rəhbərliyinin nəzarəti altındadır. Bu firqənin əsas məqsədi İslam dinini məhv etməkdir. İsrailin kəşfiyyat orqanları tərəfindən himayə olunan azğın Bəhai firqəsi məqsədə çatmaq üçün bütün yollara əl atır.”
Xanım Məhəbbəti bəhailərin təqvim dəyişikliyi barədə deyib: “Onlar təqvimi də öz çirkin məqsədlərinə uyğun şəkildə dəyişirlər. Əli Məhəmməd Bab və Hüseyn Əli Nurinin doğum günü bu vaxta qədər şəmsi tarixlə qeyd olunub. Bəhailər həmin tarixi qəməri tarixə dəyişərək məhərrəm ayına şadlıq və rəqslə başlayırlar.”
Xanım Məhəbbəti bəhailərin İmam Hüseyn (ə) əzadarlığını gözdən salmaq üçün bütün rəzalətlərə getdiyini bildirərək deyib: “Bəhai təşkilatı gənc qızlara göstəriş verir ki, qeyri-İslami geyimlə, bəzənərək Hüseyn (ə) əzadarlığı məclislərinə getsinlər. Onlar bu yolla dini mərasimlərin müqəddəsliyinə zərbə vurmaq istəyirlər. Bəhai təşkilatına bağlı şəxslər İranda 88-ci il seçkilərində əsas iğtişaşçılardandırlar. Aşura günü küçələrə çıxıb şənlik edən, ayaqlarını yerə döyərək şadlanan, dini simvollara od vuran şəxslər həbs olunanda etiraf etdilər ki, bəhai təşkilatından göstəriş alıblar.”
Xanım Məhəbbəti bəhailərin Gülşəni-tövhid dərslərini yada salaraq deyib: “Bu dərslərdə 3 yaşdan başlayaraq bəhai uşaqlarına qorxu və dəhşət aşılanır. Körpələr məcburi şəkildə bəhai ayinlərinə sövq edilir.”
Məhəbbəti bəhai firqəsinin insan azadlığı, qadın və kişi bərabərliyi adı altında təbliğatlarının İslamı hədəfə aldığını bildirib. O deyib ki, xüsusi təlim görmüş şəxslər müxtəlif ictimai-siyasi və mədəni tədbirlərə qatılaraq insanları bəhailiyə dəvət edir.
Bəhai firqəsinin sabiq üzvü deyib: “Təşkilatın əsas nigarançılıqlarından biri firqədən çıxanları yenidən onun sıralarına qaytarmaqdır. Firqədən çıxanlara əvvəlcə şirin vədlər verilir, vədlər səmərəsiz qaldıqda həmin insanlar qorxudulur. Ailəm bəhailikdən çıxıb İslamı qəbul etdiyimi eşidəndə məni irsdən məhrum etdilər, qardaşım firqənin göstərişi ilə məni qətlə yetirmək istədi. Mən çətinliklə də olsa, onların əlindən xilas ola bildim. Firqənin 9 nəfərlik beytül-ədl qrupunun 4 nəfəri iranlı, 5 nəfəri xaricidir. Bu qrup xarici kəşfiyyat orqanları ilə daimi təmasdadır. Bu gün İsrail böhran yaşayır və süquta uğramaq qorxusu var. Əgər İsrail məhv olsa bəhailiyin məhvi labüddür. Belə olsa bu firqədəki insanların İslama qayıdışı üçün fürsət yaranar, onlar dünya və axirət əzabından qurtularlar.
Nur-az.com