Paul Pillar 28 il ABŞ kəşfiyyat idarəsində (CİA) məsul vəzifədə çalışıb. Hazırda Corc Taun universitetində tədrislə məşğuldur. Amerikada siyasi təhlilləri ilə diqqəti çəkən sabiq əməliyyat analizi rəisi 5+1 ilə İran arasında müzakirələri Amerikanın milli mənafelərinə faydalı sayır. Paul pillar dəfələrlə vurğulayıb ki, müzakirələrdə razılaşma əldə edilməsi üçün ağ ev xoş niyyət sərgiləməlidir. Mehr İnformasiya Agentliyi bildirir ki, 5+1 İranla 24 noyabra qədər ümumi razılaşmaya gələ bilmədiyindən müzakirələrin vaxtı daha 7 ay uzadılıb. Bu arada ABŞ konqresindəki radikallar və neokonservatorlar İrana qarşı yeni sanksiyaların zərurətindən danışırlar. Bəziləri də bu fikirdədir ki, yeni təzyiqlər müzzakirələrə mənfi təsir göstərir. Paul Pilların bu məsələlərlə bağlı mövqeyi maraqlıdır.
Mehr Agentliyi Cenevrədə professor Paul Pillarla söhbəti təqdim edir.
Sual: Sizcə Cenevrə müzakirələrinin vaxtının uzadılması nə üçündür və tərəflər nə düşünür?
Paul Pillar: Nüvə müzakirələrinin uzadılması ilə bağlı məlum olan budur ki, bir il öncə ölkələr arasındakı müştərək tədbirlər əsasında iş davam edəcək. 5+1 vaxtın uzadılmasından faydalana bilər. Məsələn, nüvə proqramı ilə bağlı ağır məhdudiyyətlər İranı nüvə silahı hazırlamaq imkanından məhrum edər. Əminlik yaranar ki, nüvə proqramı sülhməramlıdır. Əlbəttə ki, vaxtın uzadılmasının başqa faydaları da var. 1 il öncəki müştərək fəaliyyət proqramı İranın nüvə fəaliyyətlərinə ciddi nəzarət imakanı yaradıb. Yəni bu arada İranın nüvə silahı hazırlamaq şəraiti yoxdur. Biz Amerikalılar uzun illər İrana qarşı sanksiyalar tətbiq etmişik. Amma o zaman nəticə əldə edə bilərik ki, xoş niyyət sərgiləyək.
Cenevrə razılaşmasında 5+1-in güclü mövqesi var. Onlar İranda uranın zənginləşdirilmə səviyyəsini aşağı sala bildilər. Diğər tərəfdən nüvə mərkəzləri tam nəzarətə götürüldü. Əvəzində İran qismən sanksiyalardan azad edildi. Bu da müvəqqəti xarakter daşıyır. Banklar və neft üzərində sanksiyalar qüvvədə qalıb. Müzakirələr bu şəraitdə davam etsə İrana etiraz üçün dəlilimiz yoxdur.
Sual: Siz 5+1 ölkələrinin razılaşmadakı üstün mövqesindən danışdınız. Bəs İranın vəziyyəti necədir?
Paul Pillar: Cenevrədəki son müzakirələrdən sonra İranın məmnunluğu üçün ciddi dəlil görmürəm. Cenevrə razılaşması, müzakirələrin müddətinin uzadılması Iran prezidentinin və Xarici İşlər Nazirinin sıxıntılı durumunun davamıdır. Sanksiyalar davam edir, onun acıları da yerində qalır. Ehtimal edirəm ki, Tehranda mövcud şəraitlə bağlı gərgin mübahisələr davam edəcək. İran siyasətçilərinin bu vəziyyətlə barışması göstərir ki, onlar razılaşmaya nail olmaz istəyirlər. Beynəlxalq nüvə enerjisi təşkilatı Cenevrə razılaşmasından sonra elan edib ki, İran müştərək proqramla bağlı öhdəçiliklərinə əməl edir.
ABŞ konqresində İrana təzyiqlərin artırılması tələb olunur. Belə bir şəraitdə Ağ Evin xoşməramına inanmaq olarmı?
Paul Pillar: Son razılaşmaya mane olan İranın rəğbətsizliyi yox, ABŞ-da xoş niyyətin sərgilənməməsidir. Əgər 5+1 üstün mövqelər əldə edibsə, son nəticəyə çatmaq üçün çalışmalıdır. Bu arada Amerika tərəfinin xoş niyyət sərgiləməməsi prosesi yubadır. Kenqresdəki yeni sanksiyalar təklifi, o cümlədən Aypəkdəki çıxışlar İranda belə bir fikir yaradıb ki, Amerikaya inanmaq olmaz. Nə qədər ki, xoş niyyət sərgiləməmişik sanksiyalar təsir göstərməyəcək. Sanksiyalar yalnız İranın ağ evə etimadına zərbə vurur. Belə bir vəziyyətdə İran güzəştə getməyə bilər. Əslində yeni sanksiyalar müştərək tədbirlər proqramının müddəalarını pozmaqdır. İran sanksiyaları dəlil göstərərək müzakirələrdən imtina edə bilər. Bu halda İran nüvə sənayesinə nəzarət imkanlarını itirəcəyik. Hazırda 1 il əvvəlki razılaşmanın qorumaqla müzakirənin vaxtını uzatmaq 5+1 üçün yaxşıdır. Amma son razılaşmanın əldə olunması daha yaxşı olardı. Vəziyyətin qeyri-müəyyən şəkildə davamı İranı razı salmır. Digər tərəfdən İrana qarşı sanksiyalar qərb iqtisadiyyatını dağıdır. Bir sözlə, müzakirələri başa çatdırmaq istəyiriksə xoş niyyətimizi bildirməliyik.
Nur-az.com