Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

19 Yanvar mübarizə gününün ildönümü mərasimin təşkilat komitəsinin Bəyanatı

19 Yanvar mübarizə gününün ildönümü mərasimin təşkilat komitəsi bir qrup azəri ziyalı və alimin iştirakı ilə baş tutmuş son yığıncağında bu ilin qətnaməsi ünvanında bəyanatla çıxış edib:

Bismillahir-Rəhmanir-Rəhim
19 Yanvar Dünya Azəriləri Günü Azərbaycan xalqının mübarizə, din, mənəviyyat, tarix baxımından İrana doğru qayıdış günü, dünya azərilərinin tarixində qızıl səhifədir.
Şübhəsiz, bu unudulmaz gün bütün azərilərin kimliyinin güzgüsü, tarixi və dini kimlik düşmənlərinin qəm günü, təhriflərdən qurtuluş günüdür.
Xüsusilə son onilliklərdə baş verən tarixi hadisələr sübut etdi ki, dar milliyyətçi düşüncələrə artıq azərilərin ruhunda və təfəkküründə yer yoxdur. Bir azəri müsəlman dünyanın hansı nöqtəsində olmasından aslı olmayaraq vəhy məktəbi, səmavi dəyərlər, Əhli-Beytə (ə) bağlıdır.
Bu gün dünya azərilərinin həmrəyliyi hənif İslam dini, Əhli-Beyt (ə) sevgisi, saleh rəhbərlik, yəni vilayəti-fəqihə əsaslanır.
Biz dünya azərilərinin tövhid etiqadı, mənəviyyat, ideal peyğəmbər cəmiyyəti əsasında həmrəyliyinin genişlənməsini istəyirik və bütün təlaşlarımız bu istiqamətdədir.
Vilayət bayrağı altında müsəlman azərilərin monolit birliyi beynəlxalq səhnədə uğur qazanmaq üçün nəinki prioritet, ciddi bir zərurətdir.
Dünya azərilərinin mənafeləri vəhy təlimlərinə sarılmadan, ilahi maarifə yiyələnmədən mümkün olmayacaq. Aydındır ki, bizə saxta kimlik yaradanlar bizi bir anda düşmənə satarlar. Sevinc doğurur ki, dünya azəriləri zaman keçdikcə öz dini kimliyini gücləndirir, İslam dünyasında öz yerini möhkəmləndirir, düşüncəli və vilayətçi ardıcıllar sırasında yer alır. Azərilər öz alim və istedadlı övladlarını Əhli-Beyt (ə) maarifi çeşməsinə göndərməklə bu məktəbi tanımaq üçün dəyərli addımlar atır.
Azərbaycanda dini etiqadların möhkəmlənməsi şirin bir həqiqətlə bağlı müjdə verir. Gələcəkdə müsəlman azərilər yalnız Həzrət Peyğəmbər (s) və onun əhli-beyti yolunda
Qədəm götürəcək.
Bu istiqamətdə İran azərilərinin mühüm rolu var. Bu İslam yurdu dünya azəriləri ilə elmi, ideoloji, mədəni rabitələr qurmaq üçün proqramlar həyata keçirməlidir. Bu mühüm iş Allaha həmd olsun ki, həyata keçir və bəhrə verməkdədir. Bu təbəddülatlar heç şübhəsiz azərilərin potensialına öz mənafeyi prizmasından baxan, xeyirini bu xalqı başqa xalqlardan uzaqlaşdırmaqda görənlərin arzusunu gözündə qoyacaq.
Dünya azərilərinin İran İslam Cümhuriyyətinə marağı, ona tarixi vətən kimi baxmaları qürub etməyəcək günəş kimidir. Bu gün azərilər tarixi vətənin beynəlxalq səhnədə uğurları ilə fəxr edirlər.
Dünya zorlularının regionda sabitlik yaratmaq üçün İrana üz tatmaqdan başqa yolu yoxdur. Şübhəsiz, müsəlman azərilər azəri əsilli Böyük Rəhbərə ləbbəyk deməklə, öz istedadlarını ortaya qoymaqla bu iqtidara yardımçı olub.
Dünyanın Müsəlman Azəriləri Günündə Azərbaycana hakim olanlarının mühüm problemləri var və bu problemlərdən biri ölkə ərazisinin 20 %-nin ermənilər tərəfindən işğal edilməsidir. Təəssüf ki, Minsk Qrupu kimi siyasi layihələrdə məqsəd Azərbaycan xalqının tapdanmış hüquqlarını ona qaytarmaq yox, İslam dünyasına nəzarət etmək üçün onu parçalamaq olub. Belə müzakirələrə ümid bağlayanlar əbəs iş görüblər. Əgər müzakirələrdə bir güc olsaydı bu günə qədər Fələstinin, Qüdsün işğalına son qoyulardı.
Azərbaycan gəncliyinin ruhuna mübarizə şövqü üfürmədən, dini inancları möhkəmləndirmədən Qarabaq İslam Dünyasının ağuşuna qayıtmayacaq. Biz bu qəsb olmuş torpaqlara Böyük Rəhbərin gözü ilə baxırıq. Rəhbər buyurub: “Qarabağ İslam torpağıdır!”
Biz bütün dünya azərilərini Müsəlman Dünya Azəriləri Günü münasibətilə təbrik edir, onlara böyük mənəviyyat, həqiqi bəndəlik, ilahi əxlaq, Qurana etiqadlı nəsil tərbiyə etmələrini arzulayırıq.

19 Yanvar mübarizə gününün ildönümü mərasiminin təşkilat komitəsi

Qafqaz.ir/az


11352 بازدید
در حال ارسال اطلاعات...