Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

20 Yanvar Milli Matəm günü...

1990-cı ilin müdhiş 20 yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi qeyd edilir. Həmin dövrdə milli-azadlıq mübarizəsinə qalxan xalqımız Sovet İmperiyasının amansız hərb maşınının təcavüzünə məruz qaldı. Laxlamaqda olan imperiyanı qoruyub saxlamağa çalışan Moskva Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmağa çalışmaqla digər xalqlara da gözdağı vermək niyyətində idi. Sovet qoşunlarının vəhşiliyi nəticəsində 131 nəfər şəhid olmuş, 600-dən artıq insan isə ağır dərəcəli xəsarət almışlar. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu vəhşilik Sovet İmperiyasının dağılması prosesini daha da sürətləndirdi. 20 yanvar Bakı qırğını isə tarixdə Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq simvoluna çevrildi. Biz bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və bütün xalqımıza başsağlığı veririk!





7307 بازدید
در حال ارسال اطلاعات...