
Amerika İŞİD-i həqiqətdə İranın, daha doğrusu, mübariz İslamın qarşısını kəsmək üçün yaradıb. Qərb bloku yeni provokasiya fikrində.
Nur-az.com-un abna.ir-a istinadən:
Vaşinqtonda İran İslam Respublikasının Milli Mənafe üzrə Komissiyasının sədri Mehdi Atifət bildirib ki, şübhəsiz, məntəqədə peyda olan İŞİD-in əsl banisi Amerika və İsraildir. Hal-hazırda onların xaricdən İslama zərbə endirmə iqtidarı olmadığından başqa taktikaya əl ataraq onun daxilində zərərli infeksiyaları yaymaq fikrindədirlər.
O, deyib ki, onlar müasir dövrdə xəvaric tipli ünsürləri toplayıb, İslam və müsəlmanların canına salmışlar. Odur ki, bu mürtəce hərəkata qarşı yalnız bütün dünya müsəlmanları arasında vəhdət və yekdillik tələb olunur.
Cənab Mehdi bildirib ki, İŞİD və onun ətrafında toplaşan qrupların cinayət və amansızlıqları o qədər iyrənc və nifrət doğurducudur ki, heç bir cəmiyyətdə müsbət qarşılana bilməz. Hətta əhli-sünnənin bütövlükdə, eləcə də, xüsusi olaraq bədəvi-ənənəvi ifrat meylli təriqətlərində də onların əməlləri çox pis qarşılanır.
O, bunu da xatırladıb ki, belə terrorist qüvvələr həqiqi İslam tərəfdarları, o cümlədən, başqa dinlərin nümayəndələri tərəfindən qətiyyən müsbət qarşılanmadığından İDİD-in həyatı çox uzun sürməyəcək. Elə bilirəm, İslam dünyasında vəziyyətlə əlaqədar düzgün obyektiv mədəni-siyasi auditoriya yaratmaqla onlara qarşı yetərli tədbirlər görmək olar. Onlar mümkündür ki, bir müddət neftdən əldə etdikləri qazancla müəyyən müvəffəqiyyətlər əldə etsinlər. Lakin bu, çox da uzun sürən deyil, çünki artıq hər yerdə adi xalq nümayəndələri belə mürtəce təkfir anlamına qarşı mübarizə paltarını geyiniblər.
Onun fikrincə, regionda Amerika tərəfindən İŞİD, əl-Nüsrət və ya hər hansı terrorist qruplarının təşkili İranla birbaşa qarşı-qarşıya çıxmağa cürəti olmadığından irəli gəlir və belə planlarla müsəlman aləmini daxildən parçalayaraq İran İslam İnqilabının parlaq şüalarının qarşısını kəsmək və nəhayət, onu təkləmək qəsdindədir. Odur ki, şiə-sünni təriqətləri arasındakı təfavütləri hədsiz qabardaraq mürtəce-xəvaric təfəkkür tərzini diriltməklə hər ikisinin canına salıb.
O, sözünün sonunda bunu da etiraf edib ki, əgər region xalq və dövlətləri vaxtında əlbir olub lazımi tədbir görməsələr, onların İslam dünyasına zərbəsi olduqca ağır olacaq və bunun yenidən bərpası çox uzun çəkəcək.