Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Fahişə ilə qonşu

Səyavuş Novruzovun “ÇƏM”i

Bəzən daim kübar və allahsız həyat, eyş-işrət və seks təbliğ edən saytları hək etmək keçir ürəyimdən. Elə biri adını internet dərgisi, ədəbiyyat saytı qoymuş Kulis! Amma bu da var ki, kimin kim olduğunun, haranın necə olduğunu bilmək üçün belə saytlar “ağzından söz qaçırır”. Məsələn, Azərbaycanda belə saytlar olmasa haradan bilərsən ki, qərb bu ölkədə nə əkib-becərir, nə qədər allahsız var, eyş-işrətə maraq hansı həddədir. Elə bu yazı üçün də təpər Kulisdən gəldi. Abırsız fotolarla yanaşı gedən yazıda deyilir: Geyim firması “American Apparel”ın “Banqladeşli” reklamı skandala səbəb olub. Bunu reklam işində “inqilab” adlandıranlar da var, skandal sayanlar da. Asiyalı bir qadının yarıçılpaq bədəni, üzərində də iri şriftlərlə yazı: “Banqladeşdə istehsal olunmuşdur”. Reklamın altındakı mətn qadının geydiyi cins şalvarın deyil, şəxsən özünün Banqladeşdə istehsal edildiyindən bəhs edir. Qadının adı Maks, doğulduğu yer Dəkkə. Müsəlman dəyərlərinə sadiq olan ailəsi illər öncə ABŞ-a köçüb...

Yazıda etiraz doğurası məqamlar çoxdur. Mənim diqqətimi çəkən ilk cümlə isə “müsəlman dəyərlərinə sadiq olan ailəsi illər öncə ABŞ-a köçüb” cümləsi oldu. Bu cümlə qızının, qədeş dilində “ana-bacısının” çılpaq şəklinin yayılmasına dözümsüz insanlarda sual yaradır: Harada yaşayıram və ya yaşamalıyam?

Fahişə ilə qonşuluğun nə olduğunu gözəl bilirəm. Belə məhəllədə, küçədə dünyaya göz açan uşağın dili söz tutan kimi “ayıb-ayıb” danışır. Biri pak kənd mühitində dünyaya gəlir, boya-başa çatır, yalnız oxumaq ya işləmək üçün şəhərə gələndə görür ki, dünya o qədər də pak deyilmiş! Dünyada arvadını vəzifəyə satan kişilər, bədənini satan qadınlar, ağzını açanda ayıb yerin adını çəkən dil fahişələri varmış. Yəni bu pastorizə gənc mənim 3-5 yaşda bildiklərimlə 18-20 yaşda tanış olur.

Fahişə sözü təkcə qadın sözünün qarşısına qoyulmur. Fahişə kişi, fahişə küçə, fahişə məhəl, fahişə sayt da demək mümkündür. Bir sayt ki çılpaq qadın şəkillərini analitik məqalə kimi yayır ona fahişə sayt demək mümkündür. Mənim doğulduğum küçəni də fahişə küçə adlandırmaq olardı. Çünki (o zaman) poçtalyon da bu küçəyə girəndə qaça-qaşa girib çıxırdı. Əlbəttə ki, özü fahişə olmasaydı!

Azərbaycan, sən nə gündəsən! A qeyrətli kişilərin uyuduğu torpaq, sənin sinən üstündə hansı murdarçılıqlar baş verir! İndi deyəcəklər ki, mollalar təxribatçıdır. Demirəm yalançının, deyirəm həqiqət qarşısında baş əyək. İli çıxmamış xəbərə bax:

...Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkədə fahişəliyin leqallaşdırılması təklif olunub. “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: “İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.
İclasa sədrlik edən birinci vtse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifi irəli sürüb-sürmədiyini soruşub: “Siyavuş Novruzov da bildirib ki, leqallaşma bir çox problemlərin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.

İki il qabaq fahişəlik hansı durumda olub? Sözüm budur ki, Azərbaycan inkişaf edir sözünü eşidəndə şübhən olsa ən azı fahişəliyin inkişafını yada salıb sus. Bunu Azərbaycan mətbuatı yazır:
Azərbaycanda fahişəlik həm artıb, həm də cavanlaşıb. Əxlaqsızlıq yuvalarını hansı vəzifə sahibləri himayə edir? Sosial təzahür, ödənişli seks fəaliyyəti və ən qədim peşə adlandırılan fahişəlik hər bir cəmiyyətin bəlasıdır. O cümlədən də Azərbaycan cəmiyyətinin. Bəzən Azərbaycanda bu mövzunu araşdıranda bir çoxları irad tutur, “mentalitetimizə yad xüsusiyyətdir” deyib bundan danışmağı ayıb sayır, ölkəmizdə fahişəliyin az yayıldığınlı iddia etməyə çalışırlar. Halbuki, reallıq və faktlar əksini deyir: Azərbaycanda da fahişəlik artıb. Rəsmi statistika son illər Azərbaycanda cinsi əlaqə ilə qorxulu xəstəliklərə yoluxma hallarının artdığını göstərir. Ölüm saçan viruslar - HİV, hepatitlər, sifilis bu xəstəliklərdəndir. Bu, çox qorxulu tendensiyadır. Çünki cinsi əlaqədən keçən sifilis, süzənək kimi zöhrəvi xəstəliklərin artma səbəblərindən biri məhz fahişəliyin genişlənməsiylə əlaqəlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2007-ci ildə ölkədə diaqnozu ilk dəfə qoyulmuş sifilislə xəstələnənlərin sayı 389 nəfər olubsa, 2009-ci ildə ilk dəfə sifilisə tutulanların sayı 437, 2010-cu ildə isə 500 nəfərə yaxın olub. Bu rəqəmlər ilk dəfə sifilisə tutulanlara aiddir. Belə xəstələrin ümumi sayı isə iki-üç dəfə çoxdur. Ən acınacaqlısı sifilisə yoluxan xəstələr arasında kişilər və qadınlarla yanaşı, uşaqların da olmasıdır. Məsələn, 2007-2009-cu illərdə 17 yaşına qədər 60 uşaq və yeniyetmə ilk dəfə sifilisə yoluxub. Rəsmi statistikaya görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 1000 nəfərə yaxındır. Tibb müəssisələrində qeydiyyata durmayıb, fərdi yollarla özünümüalicə ilə məşğul olanların da sayını nəzərə alsaq, onda bu xəstəlikdən əziyyət çəkənlərin sayının daha çox olduğunu deyə bilərik. Son illər diaqnozu ilk dəfə qoyulmuş süzənəklə xəstələnənlərin sayı isə daha çox olub. Məsələn, ötən il 1300 nəfərə süzənəklə ilk dəfə xəstələnmə diaqnozu qoyulub. Burada da kişilər və qadınlarla yanaşı, 17 yaşınadək uşaq və yeniyetmələrin olması acınacaqlı fakt sayılmalıdır. Ekspertlər də bu qənaətdədirlər ki, Azərbaycanda fahişəliyin çəkisi artıb və bu qədim peşə ölkə üçün ciddi problem kimi qalmaqda davam edir, zöhrəvi xəstəliklərin çoxalmasına şərait yaradır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın “Turan” dediyinə görə, fahişələrin cəmləşdiyi əxlaqsızlıq yuvalarının saxlanılmasına "krışalık" edənlər var, onların arxasında hansısa qüvvələr dayanır. O, bəzi gecə barları, masaj salonlarının əxlaqsızlıq yuvaları olduğunu vurğulayıb. ”Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar durur. Əsasən də, Bakıda fahişəliklə məşğul olanlar regionlardan gələn qadınlar olur. Onlar öncə iş axtarmaq üçün gəlir. Lakin oxumamış, savadsız qadın yaxşı iş tapa bilmir. Beləliklə, həmin qadınların bir çoxu bu işlə məşğul olan bir qrup insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur”-deyə M.Əzizova bildirib. “Fahişələrin sayı artır. Ən dəhşətlisi odur ki, fahşəlik cavanlaşıb. Bir neçə il bundan əvvəl fahişəlik 25 yaşından sonra başlayırdısa, hazırda bu yaş dövründə artıq "qoca fahişə" sayılır. İndi fahişəliyin yaş həddi 15-18 yaş arasıdır. Bu, Azərbaycanın genafonduna çox mənfi təsir göstərir. Xəstəliklərin yayılmasına gətirib çıxarır” deyən Qadın Krizis Mərkəzinin rəhbəri fahişəliyin azalması üçün mübarizə üsullarının gücləndirilməsinin vacibliyini vurğulayıb. M.Əzizovanın sözlərinə görə, fahişəliyə qarşı mübarizə aparmaq istəyiriksə, əxlaqsızlıq yuvaları saxlayanları, barların, motellərin sahiblərini və sutenyorları, "mama rozaları" cinayət məsulliyətinə cəlb etməliyik, nəinki yalnız fahişələri. ”Məsələn, bir sıra Avropa ölkələrində fahişə qadınlardan istifadə edən müştərilər cinayət məsuliyyətinə cəlb edilir. Düşünürəm ki, bu metod Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, Azərbaycanda lazım olan insanları cəzlalandırmırlar. Fahişəlikdən özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır”. Ekspert deyir ki, dövlət strukturları insan alverinə qarşı mübarizə sahəsində müəyyən addımlar atır. “Amma bu, o demək deyil ki, problem həll olunub. Yaxşı olardı ki, sosial problemlər həllini tapaydı, qadınlar üçün iş yerlərinin sayının artırılması və onların maaşlarının yüksəldilməsi vacibdir. Qadınlar üçün maarifləndirmə işləri aparılmalıdır ki, bu mənfi işlərdən uzaq olsunlar”. «Təmiz Dünya» İctimai Birlyinin sədri Mehriban Zeynalova deyir ki, sovetlər dönəmində fahişəlik bu qədər geniş miqyaslı olmayıb. Onun sözlərinə görə, maarifləndirmə işi gücləndirilməli, insanlara fahişəliyin asan pul qazanma, miylonçuluğa, karyeraya aparan yol olmadığı izah edilməlir. M.Zeynalova eyir ki, mətbuat fahişəliyin bütün neqativ tərəflərini açıb cəmiyyətə göstərməlidir,: «İzah etmək lazımdır ki, bu peşə sahiblərinin cəmiyyətdə heç bir hörməti olmur, bu, insanlar üçün asan varlanmaq yolu deyil”. O, kütləvi şəkildə kampaniya aparılmasını qədim peşə sahiblərinin öz yolundan dönmələrinə müsbət təsir göstərə biləcəyi qənaətindədir.

Azərbaycan, sən nə gündəsən! Sənin dərdin Qarabağdırmı? Düşmən qapında dayanıb “ya namusunu ver, ya torpağını” desə, nəyi verərsən? Əlbəttə ki, vuruşmağa bizim kimi həvəssiz camaat üçün üçüncü variant (heç birini!) yoxdur. Nəyi verərsən? Torpağını, yoxsa namusunu?

Bu mühit fahişələşirsə demək həm də fahişələşdirir. Qədeş! “Ana-bacını” bu seldən necə qoruyaq? Kulisçi! Bu durum səni qane etmir ki, bəsdir deyib dayanasan, xalqın qabağına səhərin gözü açılımamış çılpaq qadın şəkilləri tökməyəsən?!

Demək, Azərbaycan təkcə dindar-dinsizə, iqtidar-müxalifətə yox, həm də fahişə və qeyri-fahişələrə bölünür. Fahişəliyə rəvac verən, fahişəliyi təbliğ edənlər də birinci sürüdəndir. Hara qaçasan? Qaçmayıb nə edəsən? Qoca arvadlar demişkən dərdini kimə deyəsən?! Qabaqda gedən zəncirliyə?


5115 dəfə baxılıb
در حال ارسال اطلاعات...