Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2021

Yaradan

Bizi etmiş qoca dünyasına mehman, Yaradan
Cismi torpaqdan edib xəlq, üfürüb can, Yaradan.

Bəşər övladı xətakardır, günahkardır, amma
Yaradarkən etməmişdir zərrə nöqsan, Yaradan.

İbrahimi İsmayılla atəşlə etdi sınaq,
Hüseyni Kərbəlada etdi imtahan, Yaradan.

O, Biləndir, Eşidəndir, O, Görəndir, amma
Nə cisimdir, nə də əşya, nə də insan, Yaradan.

Bizə dünyanı edib dar, sionistin zülmü,
Edəcək yurdunu-yuvasını viran, Yaradan.

İstədim vəsv eləyim, susdu dilim, dondu qələm,
Lütf etdi bir-iki misra bizə ehsan, Yaradan.

Pərvizəm, qüssəm də çox dərdim də çox, ağlayıram,
İmamımı göndərə dərdimə dərman, Yaradan.


49 dəfə baxılıb
در حال ارسال اطلاعات...