İlahinin hoccətidir,
Əhli-beytin izzətidir,
Dinimizin qüdrətidir,
İmam Həsəni Müctəba!
Peyğəmbərin balasıdır,
Xoş alqışı, duasıdır,
Cənnətlərin ağasıdır,
İmam Həsəni Müctəba!
Səxavətdə əzbər olub,
Kəramətdə əzbər olub,
Şucaətdə əzbər olub,
İmam Həsəni Müctəba!
Sülhü bizə məsləhətdir,
Yolu eyni həqiqətdir,
Mərhəmətdir, Cəsarətdir,
İmam Həsəni Müctəba!
Atasına yaru yavər,
Anasına olub dilbər,
Qardaşına tacu sərvər,
İmam Həsəni Müctəba!
Əhli-beytin bir parəsi,
Gözəl əxlaq nümunəsi,
Dərdlilərin həm çarəsi,
İmam Həsəni Müctəba!
Dost-düşmənin səni öyər,
Fəzilətin tukənməyər,
Aşiqlərin Səndən deyər,
İmam Həsəni Müctəba!
Vəsf etməyə qüdrətim yox,
Bu söhbətə qüvvətim yox,
Amma pis bir niyyətim yox,
İmam Həsəni Müctəba!
Bağışla bu seyyidi sən!
Çünki, onun ümidisən.
Dilimizin əzbərisən,
İmam Həsəni Müctəba!