Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2023

NURLU QƏDİR GECƏLƏRİ

Qədrlidir, qiymətlidir,
Dəyərlidir, hörmətlidir,
Mənalıdır, hikmətlidir,
Nurlu Qədir Gecələri!

Quran nazil olan vaxtdır,
Möminlərə tacu taxtdır,
Açılacaq bağlı baxtdır,
Nurlu Qədir Gecələri!

Əgər bilsək, dəyərini,
Əhya etsək, hər birini,
Verər coxun hacətini,
Nurlu Qədir Gecələri!

Arzulara yetirəndir,
Dərgahına götürəndir,
Mənəviyyat gətirəndir,
Nurlu Qədir Gecələri!

Fəziləti min aydan cox,
Tayı olan bir gecə yox,
Ruhu edər eşq ilə tox,
Nurlu Qədir Gecələri!

İlahinin bir lütfüdür,
Məqamı, şəni ülvüdür,,
Rizaye Həqqə bölgüdür,
Nurlu Qədir Gecələri!

Razu-niyaz gecəsidir,
Baxır kim dərk edəsidir?
Əhlin xoşbəxt edəsidir,
Nurlu Qədir Gecələri!

Qismətimiz gülsə üzə,
O da nəsib olar bizə,
Nur gətirər ömrümüzə,
Nurlu Qədir Gecələri!

Dua elə, ümid elə!
Hacətini gətir dilə!
Bəlkə bir də düşməz ələ,
Nurlu Qədir Gecələri!

Rabbin böyük rəhmətidir,
Dərk olunmaz nemətidir,
Ariflərin dövlətidir,
Nurlu Qədir Gecələri!

Seyyid Rövşən daim özlər,
Oyaq qalıb durub gözlər,
Deyər haqqında xoş sözlər,
Nurlu Qədir Gecələri!


796 dəfə baxılıb
در حال ارسال اطلاعات...