Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2023

MƏSCİDİ CƏMKƏRANA GƏL!

İbadət etmək istəsən, Məscidi Cəmkəranə gəl!
İtaət etmək istəsən, Məscidi Cəmkəranə gəl!

Əgər Mehdini istəsən, Seşənbələr yol sal bura!
Mulaqat etmək istəsən,
Məscidi Cəmkəranə gəl!

Gəl gör, necə cari olur Həqqin Nuru bu məkanə!
Nəzarət etmek istəsən,
Məscidi Cəmkəranə gəl!

İlahi övliyaların gediş- gəliş yeridir bu,
Səyahət etmək istəsən,
Məscidi Cəmkəranə gəl!

Könüllər çox rahət olur, bu mübarək cameədə,
Rəfaqət etmək istəsən,
Məscidi Cəmkəranə gəl!

Möcüzələr nəql edilmiş bu İlahi barigahdan,
Kəramət etmək istəsən,
Məscidi Cəmkəranə gəl!

Müqəddəsdir, iki rükət namazının savabı var,
Münacat etmək istəsən,
Məscidi Cəmkəranə gəl!

Zəmanə İmamımızın öz əmriylə tikilmişdir,
Ziyarət etmək istəsən ,
Məscidi Cəmkəranə gəl!

Seyyid Rövşən mədh eylədi İmam əsrin ocağını,
İcabət etmək istəsən,
Məscidi Cəmkəranə gəl!


918 dəfə baxılıb
در حال ارسال اطلاعات...